Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Xanım jurnalist AzTV-də yüksək vəzifəyə təyin edildi

Tarix: 05-04-2019 14:45     Baxış: 3193 A- / A+
Xanım jurnalist AzTV-də yüksək vəzifəyə təyin edildi


AzTV-də yeni kadr dəyişikliyi baş tutub.

Manevr.az bakupost-a istinadən xəbər verir ki, tanınmış jurnalist Mehriban Məmmədova AzTV-nin İnformasiya Proqramları studiyasının baş direktoru təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.

M.Məmmədova açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, M.Məmmədova buna qədər eyni studiyada direktor postunu tuturdu.

Studiyanın baş direktoru F.Hüsiyev isə bir müddət əvvəl AzTV sədri Rövşən Məmmədov tərəfindən işdən çıxarılıb və Teleradio Akademiyasına rektor təyin edilib.

Xatırladaq ki, AzTV-nin keçmiş sədri Arif Alışanov 2018-ci ilin yanvarında Mehriban Məmmədovanı işdən çıxarmışdı və bu, qalmaqala səbəb olmuşdu. Buna səbəb isə ondan bir müddət əvvəl Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Mehriban Məmmədovaya da ev verilməsi, hətta prezidentin iştirak etdiyi yeni mənzillərin təqdim edilməsi mərasimində çıxış edən 2 jurnalistdən biri olması idi. Belə bir jurnalistin işdən çıxarılması birmənalı qarşılanmamışdı və görünür elə buna görə də AzTV rəhbəri onu yenidən işinin başına qaytarmışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar