Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

"Real TV" yeni xəbər kanalı açmaq istəyir

Tarix: 01-04-2019 15:03     Baxış: 3191 A- / A+
"Real TV" yeni xəbər kanalı açmaq istəyir


Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqə ilə bağlı MTRŞ-ya iki qurum müraciət edib.

Manevr.az xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev deyib.

O qeyd edib ki, "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV) və "TV media Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyəti” tələb olunan sənədləri Şuraya təqdim edib.

A.Hacıyev əlavə edib ki, müsabiqə üçün sənədlərin qəbulu aprelin 11-nə kimi davam edəcək: "Ona görə, yəqin ki, bundan sonra da müraciət olacaq. Yekun olaraq Şuranın iclası olacaq və qərar veriləcək”.

Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) 11mart 2019-cu il tariхdən 11 aprel 2019-cu il tariхədək müsabiqə elan edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar