Sizin Reklam Burada
Xəbər lenti
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Əflatun Amaşov : "Mediasiya Şurasının yaradılması məhkəmələrin işini yüngülləşdirəcək"

Tarix: 29-03-2019 15:53     Baxış: 4309 A- / A+
Əflatun Amaşov : "Mediasiya Şurasının yaradılması məhkəmələrin işini yüngülləşdirəcək"


Mətbuat Şurasının fəaliyyəti media ilə bağlı məhkəmə proseslərinin sayının ciddi şəkildə azalmasına səbəb olub.

Manevr.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında "Mediasiya haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Millət vəkili Mediasiya Şurasının ilkin mərhələdə dövlət büdcəsindən də maliyyələşdirilməsini təklif edib:
"Mətbuat Şurası mətbuatla bağlı məsələlərə baxır. Məhz bunun nəticəsində mətbuatla bağlı məhkəmələrə gedən işlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Ailə münasibətlərindən irəli gələn bir sıra məsələlərin də məhkəmələr deyil, yaradılan şura çərçivəsində həlli müsbət addım olacaq. Mediasiya Şurasının yaradılması məhkəmələrin işini yüngülləşdirəcək. Mən Mətbuat Şurasının təcrübəsindən çıxış edərək bildirmək istəyirəm ki, mediasiya şurası ilə bağlı dövlət büdcəsindən vəsait ayrılmasa, bu institutun fəaliyyətində çətinlik yaranacaq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar