Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu qəzetlərə ayrılan maliyyə dayandırılacaq - Yenilik

Tarix: 06-03-2019 16:50     Baxış: 3211 A- / A+
Bu qəzetlərə ayrılan maliyyə dayandırılacaq - Yenilik

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərə maliyyə yardımı ayrılması ilə bağlı şərtlərinə yeni əlavə edilib.
Manevr.az xəbər verir ki, bu barədə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli fondun Müşahidə Şurasının iclasında çıxışı zamanı danışıb.

İcraçı direktor qeyd edib ki, fevral ayının yekunları ilə bağlı Fonda təqdim olunan hesabatlar 2019-cu ilin I rübündə layihələri maliyyələşdirilən xeyli sayda qəzetin tiraj və yayımla bağlı yeni şərtləri yerinə yetirmək imkanında olmadığını göstərib.

Vüqar Səfərli bununla əlaqədar 2019-cu ilin II rübü üzrə KİV-ə maliyyə yardımı müsabiqəsinin şərtlərinə yeni əlavənin edilməsi təklifini irəli sürüb. İcraçı direktor bildirib ki, həmin əlavəyə əsasən, son üç ildə müntəzəm nəşr olunan, müsabiqə elan olunan günədək Fondun maliyyələşmə şərtlərini yerinə yetirən, səhifələrinin sayı 24-dən (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan həftəlik, o cümlədən mövcud şərtlərlə fəaliyyətini davam etdirə bilmədiyinə görə həftəlik nəşr olunacaq gündəlik ictimai-siyasi qəzetlərə də müəyyən tələblər çərçivəsində maliyyə yardımının ayrılması təklif olunur.

İcraçı direktor vurğulayıb ki, 2019-cu il aprelin 1-dən bu formatda çıxan qəzetlərin mətbəə xərcləri (kağız və çap xərcləri) Fond tərəfindən ödəniləcək. Aprel-may ayının yekun hesabatına əsasən qeyd olunan şərtlərə əməl etməyən qəzetlərin mətbəə xərclərinin ödənişi dayandırılacaq.

Sonda təklif səsə qoyularaq, yekdilliklə qəbul edilib.axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar