Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurası MTN-ə çalışan jurnalistlərin de-şifrə edilməsində istintaqa yardım edirmi? - Müşfiq Ələsgərli: “Mətbuat Şurasının missiyası fərqlidir”

Tarix: 15-11-2016 20:47     Baxış: 4227 A- / A+
Mətbuat Şurası MTN-ə çalışan jurnalistlərin de-şifrə edilməsində istintaqa yardım edirmi?


“Qurum yalnız etik prinsiplərə əməl edilib-edilməməsi ilə bağlı dəyərləndirmə aparır”


“MTN işi” gündəmə gəldiyi ilk vaxtlarda mətbuatda bəzi jurnalist və media orqanlarının bu qurumun tapşırığı ilə sifarişli yazılar yazdığı ilə bağlı məlumatlar yer aldı ki, bu informasiyadan yola çıxan bir çox hüquqşünas həmin şəxslərin cəzalandırılmasının vacibliyi ilə bağlı şərhlər, açıqlamalar səsləndirdi.

Maraqlıdır, Mətbuat Şurası MTN-ə çalışan jurnalistlərin de-şifrə edilməsində istintaqa yardım edirmi? Yaxud istintaq tərəfindən həmin jurnalistlərin müəyyən edilməsinə yardım göstərilməsi ilə bağlı Mətbuat Şurasına hər hansı müraciət daxil olubmu?

Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli təmsil etdiyi qurumun tamam fərqli missiya daşıdığını vurğuladı:

“Mətbuat Şurasının işi KİV-lərdə dərc olunmuş, işıqlandırılmış məqalələrdə etik prnsiplərə nə dərəcədə əməl edilib-edilməməsini müəyyənləşdirməkdir. Digər hərəkətlərlə bağlı Mətbuat Şurası araşdırma və dəyərləndirmə aparmır. Mətbuat Şurası prinsipial məqamlarda, ölkəmiz üçün taleyüklü məsələlər olanda, məsələn cəbhə xəttində gərginlik, qarşıdurma baş verəndə, dövlət qurumları ilə əməkdaşlıq şəraitində önləyici addımlar atdı. Məsələn, Müdafiə Nazirliyi ilə birgə dəyirmi masa keçirdi, jurnalistlərə hansı növ informasiyalar hazırlayanda həssas davranmalı olduqları barədə bilgilər verdi. Həmçinin, bu bilgilərə sayqısız yanaşan, informasiya təhlükəsizliyi ilə bağlı sərhədləri aşan KİV-lərə xəbərdarlıq edildi, bu məqamda Baş Prokurorluqla birgə tədbirlər keçirildi.

Amma “MTN işi” ilə bağlı belə bir addım atılmayıb. Hər halda mən bu barədə bilgili deyiləm. Bu başqa bir məsələdir ki, Mətbuat Şurasının zaman-zaman mübarizə apardığı, etik prinsipləri pozduqlarına görə xəbərdarlıq etdiyi, adlarını “Qara siyahıya” saldığı KİV-lərin əksəriyyəti, sonradan “MTN işi”ndə üzə çıxdı. Məlum oldu ki, onların bir qismi MTN adına ləkə gətirən məlum qrupla əlbir işləyiblər, ayrı-ayrı vətəndaşların şərlənməsi kampaniyalarında iştirak ediblər. Bu da Mətbuat Şurasının dəyərləndirmələrinin nə dərəcədə dəqiq, obyektv olduğunu təsdiqlədi”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar