Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
07-05-2026
BÜTÜN XƏBƏRLƏR

“Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı” – Qulu Məhərrəmli

Tarix: 16-01-2019 08:45     Baxış: 3165 A- / A+
“Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı”


Tanınmış telejurnalist Qulu Məhhərmli AzTV-nin rəhbəri Arif Alışanovun vəzifəsindən azad olunmasına münasibət bildirib.

Manevr.az-ın məlumatına görə, o, qafqazinfo-ya açıqlamasında Alışanovu Azərbaycan televiziya tarixinin ən uğursuz kadrlarından biri adlandırıb:

“Arif Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı. Hesab edirəm ki, bir az gecikmiş, amma çox düzgün qərardır. Alışanov Azərbaycan televiziyasını min arşınlıq quyunun dibinə saldı, onu öz fəaliyyət səviyyəsinə endirdi. Televiziyanın ənənələrini davam etdirə bilmədi. Həm də onun adı digər korrupsiya faktlarında, maliyyəni düzgün xərcləməməklə bağlı məsələlərdə hallandı. Hesab edirəm ki, Alışanov televiziya tarixində ən uğursuz kadrlardan biri idi. Prezident çox müdrik addım atıb”.

Q.Məhərrəmli “Alışanovun vəzifəsindən uzaqlaşdırılmasında adının hallandığı məhkəmələrin də təsiri ola bilərmi” sualına belə cavab verib:

“Bu qərara çox şeylərin təsiri ola bilər. Hər halda heç kim güman eləməsin ki, onun törətdiyi əməllərdən cəmiyyətin və yaxud yüksək dairələrin xəbəri yoxdur. Görünür, hər şeydən məlumatlıdırlar və onların əsasında qərar qəbul olunub”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar