Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Jurnalist təşkilatı bölgələrdə dini maarifçilik işi aparır

Tarix: 11-08-2016 23:21     Baxış: 2271 A- / A+

Jurnalist təşkilatı bölgələrdə dini maarifçilik işi aparır


Jurnalist Araşdırmaları Mərkəzi Cəbrayıl rayon İcra Hakimiyyətinin dəstəyi ilə Biləsuvar rayonundakı Cəbrayıl qəsəbələrində “Gənclər arasında dini maarifçilik işinin aparılmasında medianın rolu” adlı konfrans keçirib.

Tədbirdə yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, KİV təmsilçiləri və gənclər iştirak ediblər.

Cəbrayıl rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin aparıcısı Mayil Əliyev vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib. M.Əliyev qeyd edib ki, analoji tədbirlər ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına xidmət edir.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə Azərbaycan mətbuatının keçdiyi yola nəzər salıb. Tanınmış jurnalist bildirib ki, Azərbaycan mediası həmişə milli-mənəvi dəyərləri, tərəqqipərvər ideyaları təbliğ edib: “Bu ənənə indi də davam edir. Azərbaycan mətbuatı nəinki dini və irqi ayrıseçkiliyi təbliğ etmir, əksinə, həmişə bu cür mənfi hallara qarşı efefktiv mübarizə aparır”.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov Azərbaycan xalqının həmişə zorakılığa qarşı olduğunu bildirib. İctimai Birlik sədri deyib ki, xalqımız humanist ideyaların carçısı olduğu üçün bizim ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb. Ç.Bayramov tədbirdə iştirak edən gəncləri radikal dini təriqətlərə qarşı effektiv mübarizə aparmağa səsləyib.

Təcrübəli pedaqoq Hidayət Səfərli gənc nəslin tərbiyəsində cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıb. H.Səfərli təlim-tərbiyə prosesinin məktəblə məhdudlaşdırılmasının doğru olmadığını bildirib. Onun sözlərinə görə, mətbuat və vətəndaş cəmiyyəti institutları da bu prosesdə fəal iştirak etməli, yeniyetmə və gənclərimizin ziyanlı ideyaların təsiri altına düşməsinə qarşı birgə mübarizə aparmalıdırlar.

Jurnalist təşkilatı bölgələrdə dini maarifçilik işi aparır

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar