Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qulu Məhərrəmli: "KİVDF dövlət vəsaitini heç kəsin oxumadığı qəzetlərə ayırır" (VİDEO)

Tarix: 26-11-2018 11:31     Baxış: 4304 A- / A+
Qulu Məhərrəmli: "KİVDF dövlət vəsaitini heç kəsin oxumadığı qəzetlərə ayırır" (VİDEO)


"Necə olur ki, biz Azərbaycan iqtisadiyyatına zərər vuran adamları, səhv iqtisadi siyasət aparan şəxsləri tənqid edə bilirik, amma media siyasətini aparanları yox? Belə gülməli vəziyyət yaradıblar".

Manevr.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalisti, teletənqidçi, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli "Aynada" verilişində "Azərbaycanda media mühiti" mövzusunda müzakirələr zamanı bildirib.

Q.Məhərrəmli çıxışı zamanı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan (KİVDF) maliyyələşən qəzetləri də sərt tənqid edib.

"Biz bu dövləti, cəmiyyəti, milləti istəyən insanlarıq. Əlbəttə ki, bəzən Azərbaycanın ünvanına bu qədər tənqidlərin deyilməsi bizim üçün xoş deyil. Onların içərisində haqsızlıqlar da çox olur. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) insanların ciblərindən ayrılan pulların hesabına formalaşır. Niyə büdcədən ayrılan o qədər pulu KİVDF hansısa mənasız və heç kəsin oxumadığı, yəni cəmiyyətə bir qəpiklik dəyəri olmayan qəzetlərə verir? Mən media ilə məşğul olan adam kimi o siyahıya baxıram. İnanın ki, o siyahıda elə qəzet adları görürəm, onları heç vaxt oxumamışam. Başqalarından soruşuram, onlar da tanımırlar. Evimizin yanında qəzet köçkü var, orada soruşuram ki, bu qəzetlər nə qədər satılır? Deyirlər ki, bu qəzetdən hər gün cəmi bir ədəd gəlir, o da satılmır. Qəribə qəzetlər ortaya çıxıb. Bu qəzetlərin qəribə rəhbərləri də olur. Son hadisələrlə bağlı həmin qəzetlərdən birinin baş redaktoru bir yazı yazıb. İndi bunun yazdığı şantaj, böhtandır, qarayaxmadır, bu bir yana qalsın. Bu, onun öz əxlaqıdır. Amma bunun həm də jurnalist bacarığı yoxdur. İki səhifəlik bir yazıda 34 qramatik, üslubi səhvlər var. Bunun istedadı başına dəysin. Axı bu adam cümlə düzəldə bilmir, bəs necə qəzetə baş redaktorluq edir? Hələ dövlət büdcəsindən də ildə 120-160 min manat pul alırlar. Axı bu cür qəzetlə ictimaiyyət qarşısına çıxmaq olmaz", - deyə o, bildirib./demokrat.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar