Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Qobuda Nuri Paşanın adını daşıyan muzey yaradılsın" - Deputatdan təklif

Tarix: 15-09-2018 12:11     Baxış: 3209 A- / A+
"Qobuda Nuri Paşanın adını daşıyan muzey yaradılsın"


"Müasir dövrdə Türkiyə və Azərbaycan münasibətləri dünyanın heç bir dövlətlərarası münasibətlərində olmadığı və ola bilməyəcəyi qədər möhkəmdir".

Manevr.az xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov vurğulayıb ki, 1918-ci ilin 15 sentyabr tarixi bu möhkəmliyin XX əsrdəki ən böyük sınaq tarixidir:

"Ən əsası isə 15 sentyabrda türk qardaşlığı sınaqdan başıuca, üzüağ çıxdı. Hesab edirəm ki, Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak işğalından azad etməsi 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi cəhətdən özünü təsdiqində son dərəcə mühüm hadisə idi. Bakısız Azərbaycan olardımı? Əlbəttə, olmazdı! Bu mənada 100 il əvvəlki tarixi XX əsrdə əldə etdiyimiz hər iki müstəqilliyin bir növ bütövlük tarixi kimi də dəyərləndirmək mümkündür".

Millət vəkili qeyd edib ki, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100 illiyi münasibətilə ölkəmizdə, eləcə də qardaş Türkiyədə böyük tədbirlər gerçəkləşdirilir, həmçinin müxtəlif təşəbbüslər irəli sürülür:

"Bütün bunlar müştərək tariximizin, eyni zamanda türk dünyasının şanlı səhifəsi olan Bakının işğaldan azad edilməsinin gələcək nəsillərə çatdırılması baxımından son dərəcə vacibdir. Məlum olduğu kimi, Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olanda ordu Abşeron rayonunun Qobu qəsəbəsində qərargah qurmuşdu. Təklif edirəm ki, həmin ərazidə türk dünyasının böyük sərkərdəsi Nuri Paşanın adını daşıyan muzey yaradılsın. Bu, həm onun xatirəsinə ehtiramımız olar, həm də tariximizin yaşadılması baxımdan faydalı nəticələr verər".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar