Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin tanınmış 40 jurnalisti Bakıda - Media Forumu başladı- FOTOLAR

Tarix: 21-07-2018 12:34     Baxış: 3282 A- / A+
Türkiyənin tanınmış 40 jurnalisti Bakıda - Media Forumu başladı- FOTOLAR


Bu gün Bakıda Beynəlxalq Media Forumu öz işinə başlayıb.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, “Anadolu Yayımçılar Dərnəyi”, “Yeni Çağ” Media Qrupu, Mətbuat Şurası və Azərbaycan Türkiyə Evinin birgə təşkilatçılığı ilə baş tutuan Forum Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycan Milli Mətbuatının 143 illiyi münasibəti ilə keçirilir.

Millət vəkillərinin də qatıldığı Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının səlahiyyətli nümayəndəsi Bəhruz Həsənova, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, QHT sədrləri, yerli və xarici mətbuat orqanlarının jurnalistləri, o cümlədən Türkiyədən tanınmış 40 mətbuat və media nümayəndələri, köşə yazarları iştirak edir.

Forum hər iki ölkənin dövlət himninin səslənməsi ilə başlayıb. Qeyd edək ki, tədbirdə Türkiyənin “Axşam” qəzetindən Emin Pazarcı, “Kanal 7”TV-dən Mehmet Acet, “İnternet Haber”dən Hadi Özişık, “Hüriyyət” qəzetindən Deniz Zeyrek, “Akit” qəzetindən Hacı Yakışıklı, “Yenişafak” qəzetindən Hasan Öztürk, “Haber 7”TV-dən İbrahim Erdoğan, “Kanal 24” TV-dən Melik Yiğitel, “Milat” qəzetindən Bayram Zilan, Makedoniyadan Seyhan Yakupi və azərbaycanlı jurnalistlər Hikmət Babaoğlu və Aqil Ələsgərin çıxışı gözlənilir.

Forum davam edir./musavat.com

Manevr.az

Türkiyənin tanınmış 40 jurnalisti Bakıda - Media Forumu başladı- FOTOLAR
Türkiyənin tanınmış 40 jurnalisti Bakıda - Media Forumu başladı- FOTOLAR
Türkiyənin tanınmış 40 jurnalisti Bakıda - Media Forumu başladı- FOTOLAR
Türkiyənin tanınmış 40 jurnalisti Bakıda - Media Forumu başladı- FOTOLAR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar