Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Mətbuat Şurasına sosial şəbəkələrdəki fikirlərlə bağlı şikayətlər daxil olur" - Əflatun Amaşov

Tarix: 18-07-2018 18:38     Baxış: 4196 A- / A+
"Mətbuat Şurasına sosial şəbəkələrdəki fikirlərlə bağlı şikayətlər daxil olur" - Əflatun Amaşov


“Son illər Azərbaycan Mətbuat Şurasına ayrı-ayrı sosial şəbəkə profillərində yayımlanmış fikirlərlə bağlı şikayətlər daxil olmaqdadır”.

Manevr.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Tbilisidə keçirilən 15-ci “Cənubi Qafqaz media konfransı”nda çıxışında deyib.

O bildirib ki, Mətbuat Şurası bu cür şikayətlərə baxmasa da, onların sayının artdığı müşahidə olunur.

Ə. Amaşov qeyd edib ki, il ərzində Mətbuat Şurasına təxminən 400 şikayət daxil olur: “Onlayn media ilə bağlı şikayətlərin sayı ənənəvi media ilə müqayisədə artıb. Əgər 2007-2012-ci illərdə onlayn media ilə bağlı daxil olan şikayətlər 10% idisə, 2012-2015 illərdə bu rəqəm 50%-ə yaxınlaşıb. Hazırda isə daxil olan şikayətlərin yalnız 10%-i ənənəvi media ilə bağlıdır”.

Şura sədri həmçinin deyib ki, internet media vasitələrinin tam şəkildə özünütənzimləmədə yer alması vacib məqamdır: “Biz yenə də ictimai qınaqdan istifadə edirik. Ancaq hazırkı dövrdə məsələyə bir qədər konseptual yanaşmağa ehtiyac duyulur. Çünki hər hansı qəzeti ictimai qınağa çəkməklə informasiya saytını ictimai qınağa çəkmək arasında fərqlər var. Əvvəla reallıq budur ki, qəzetlər ictimai rəyə əvvəlki illərdə olduğu kimi təsir göstərə bilmirlər. İkincisi isə internet saytlarının fəaliyyəti eyni zamanda ölkələrin informasiya təhlükəsizliyi baxımından vacib məqamdır. Yəni bu arealda yayılmış hər hansı informasiya yalnız şəxslər deyil, bütövlükdə ölkələr barədə rəy formalaşdırmaq imkanına malikdir. Buna görə də daha həssas davranılmalıdır”.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar