Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Tanınmış jurnalist sayt yaratdı

Tarix: 20-10-2016 10:52     Baxış: 5236 A- / A+
Tanınmış jurnalist sayt yaratdı

Tanınmış jurnalist Qulu Məhərrəmli “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılovla birlikdə sayt yaradıb.

Manevr.az-ın xəbərinə görə, bu barədə Qulu Məhərrəmli özü məlumat verib. O, baş redaktoru olduğu Azleks.az və Orfoqrafiya.az saytlarının tam pulsuz şəkildə xidmət göstərdiyini deyib:

“Bu, bir kommersiya işi deyil. Burada məqsəd ana dilinə xidmətdən gedir. Biz bunu faydalı bir topluya çevirmək istəyirik. Bununla mən, Dilçilik institutunda eləyə bilmədiklərimin bir qismini reallaşdırmağa çalışıram”.


Qulu Məhərrəmli elektron lüğətlər toplusunun insanlar üçün faydalı olacağına inandığını deyib. O, bu işdə jurnalistlərin köməyinə ehtiyac olduğunu vurğulayaraq, media nümayəndələrinə müraciət edib:

“Hörmətli media nümayəndələri və gənc həmkarlarım! Sizlərdən Azərbaycan dilinin bu və ya başqa problemləri, daha çox hansısa sözün düzgün yazılışı, yaxud tələffüzü ilə bağlı çoxlu suallar alıram. Özünüz şahidsiniz ki, imkan daxilində bu sualları məmnuniyyətlə də cavablandırıram. Təəssüf edirəm ki, bəzən dərsdə və ya hər hansı toplantıda olduqda telefon zənglərinizə və suallarınıza cavab verə bilmirəm. Buna görə də sizə yardımçı olmaq üçün azleks.az və orfoqrafiya.az saytlarının xidmətlərindən istifadə etmənizi məsləhət görürəm. Elekrtron lügətlər toplusu olan bu saytların sizlər üçün faydalı olacağına, lazımınca bəhrələnəcəyinizə ümid edirəm. Ana dilimizin keşiyində dayanan hər kəsə uğurlar!!!”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar