Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Misirin dövlət televiziyası canlı yayımda Azərbaycana veriliş həsr edib

Tarix: 11-06-2018 11:18     Baxış: 3600 A- / A+
Misirin dövlət televiziyası canlı yayımda Azərbaycana veriliş həsr edib


Misirin "əl-Fədaiyyə əl-Misriyyə" dövlət televiziya kanalında canlı yayımda "Mənim Xanımım" verlişi Azərbaycana həsr edilib.

Veriliş “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin təşəbbüsü ilə yayımlanıb.

Verlişdə diaspora sədr müavini və Aynu Şəms universitetinin Azərbaycan dili müəlliməsi Sədaqət Səmədova, diaspora fəalı və əl-Əzhər universitetinin Azərbaycan dili müəlliməsi İnarə Osmanova və övladları Sandi Səlim və Şeyxəli Nəsirov iştirak etmişlər. Verlişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş ediləndən sonra, iştirakçılar Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrindən, Azərbaycanın tarixi, coğrafıyası, mədəniyyəti, Ramazan ayının Azərbaycanda hansı şəkildə qeyd olunması və turizm potensialından geniş söhbət açıblar.

Eyni zamanda, Azərbaycan mətbəxinin ləziz təamları, milli geyimi təqdim olunub. Verlişin sonunda uşaqlar Sarı gəlin və dahi şairimiz Səməd Vurğunun Azərbaycan şerini oxuyub, ərəb dilinə tərcümə ediblər./aznews.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar