Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zaur saxtakarlıqda ittiham olunan həkimi verilişində yenidən reklam etdi

Tarix: 16-05-2018 13:52     Baxış: 3237 A- / A+
Zaur saxtakarlıqda ittiham olunan həkimi verilişində yenidən reklam etdi


Aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişində reklam etdiyi ginekoloq Natiq Məhərrəmov saxta yolla pul qazanması xəbəri ilə gündəmə gəlmişdi.

Manevr.az bildirir ki, bundan sonra həkimin reklamı kanalda dayandırılmışdı. Zaur verilişində açıqlama verərək "Həkimlərimizlə, təmənnasız müalicələr və müayinələrlə, edilən o yaxşılıqlarla bağlı hesabat verirəm. Kiməsə yaxşılıq etsəm, onu heç vaxt burda nümayiş etdirmərəm ki, baxın filankəsin cibinə bu qədər pul qoydum. Bunu etmərəm. Mən vasitəçiyəm deyə onu göstərirəm ki, filankəs filankəsə yaxşılıq elədi. Həkim bu xəstəni təmənnasız sağaltdı, baxın. Bizə bu tərəfi maraqlıdır. Bizə müraciət edən xəstələrin sağalması önəmlidir. Qalan heç nə mənə maraqlı deyil" sözlərini söyləmişdi.

Ötən gündən etibarən isə Z.Baxşəliyevin proqramında ginekoloq yenidən reklam olunmağa başlayıb.

Zaur ona kömək üçün müraciət edən bir xanıma üzünü tutaraq "Sənin dərdinə tək çarə Natiq idi, ona görə çağırdıq gəldi. Həkimimiz işində-gücündədir. Bir neçə gündən sonra bizimlə olacaq. Hər şey yaxşıdır, qaydasındadır" sözlərini deyib.

Qeyd edək ki, Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da yer alıb./axşam.az

Zaur saxtakarlıqda ittiham olunan həkimi verilişində yenidən reklam etdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar