Sizin Reklam Burada
Xəbər lenti
07-08-2025
06-08-2025
BÜTÜN XƏBƏRLƏR

JAM layihə çərçivəsində Tovuzda tədbir keçirib

Tarix: 12-10-2016 16:01     Baxış: 1261 A- / A+
JAM layihə çərçivəsində Tovuzda tədbir keçirib


“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Region gəncləri aarsında multikultural dəyərlərin təbliği” adlı layihənin icrasını davam etdirir.

Növbəti tədbir Tovuz şəhərində baş tutub. Tədbirdə yerli QHT fəalları, jurnalistlər və gənclər iştirak ediblər.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə layihənin məqsədi barədə məlumat verib. Qeyd edib ki, rəhbərlik etdiyi təşkilat 4 ay müddətində Göyçay, Şirvan, Cəlilabad və Tovuz şəhərlərində multikultural dəyərləri təbliğ edəcək. S.Verdizadə layihənin həyata keçirilməsində əsas məqsədin ölkədə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə vermək olduğunu deyib.

JAM sədri bildiirb ki, Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları deyil, bütövıükdə dünya üçün yaxşı bir nümunədir. S.Verdizadə gəncləri mənfi tendensiyalara qarşı birgə mübarizə aparmağa və babalarımızdan bizə miras qalan birgəyaşayış modelini gələcək nəsillərə ötürməyə səsləyib.

Layihənin eksperti Teyyub Mirqasımov multikultural dəyərlərə bağlı olan cəmiyyətlərin qazandığı uğurlardan danışıb. Qeyd edib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və sivilizasiyalar arasında aparıcı rol oynayıb.

İctimai fəal İradə Cəfərova QHT-lərin cəmiyyətin həyatındakı rolundan danışıb. İ.Cəfərova deyib ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlığı dərinləşdirməklə ölkənin mədəni xəzinəsinə layiqli töhfələr vermək mümkündür.

JAM layihə çərçivəsində Tovuzda tədbir keçirib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar