Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni nazirlər mətbuatla necə işləyəcək? - İctimai fikrə “dirsək”, yoxsa tənqidə dözüm...

Tarix: 09-05-2018 18:37     Baxış: 2285 A- / A+
Yeni nazirlər mətbuatla necə işləyəcək? - İctimai fikrə “dirsək”, yoxsa tənqidə dözüm...


Son günlərin ən çox müzakirə olunan mövzusu yeni təyinatlardır. Bu isə öz növbəsində yeni təyin edilən nazirlərin, komitə sədrlərinin media ilə necə işləyəcəyi mövzusunda suallar yaradır. Necə çalışacaqlar, sələflərindən fərqli hansı addımları atacaqlar?

Manevr.az-ın məlumatına görə, musavat.com saytının veb redaktoru Xalid Kazımlı bildirib ki, yeni, gənc nazirlərin media ilə necə işləyəcəyi, ümumiyyətlə, sahələri üzrə necə fəaliyyət göstərəcəkləri barədə indidən bir söz demək çətindir. Onun fikrincə, sadəcə, bu şəxslərin gənc olması, sovet partnomenklaturasının iyerarxik, bürokratik sistemində yetişməmələri bir qədər optimizmə əsas verir: "Bununla belə, söz yox ki, onların içində də mətbuata nisbətən açıq və xeyli qapalı olanlar olacaq. Əgər onlar işlərini, mətbuatla əlaqələrini günün, dövrün tələbləri səviyyəsində quracaqlarsa, mediadan da dəstək görəcəklər, yox, mediaya ”dirsək" göstərəcəklərsə, bu, avtomatik olaraq ictimaiyyətə, qanunlara "dirsək” göstərmək demək olacaq, onlar da uyğun reaksiya ilə üzləşəcəklər. Yenə ümid edək ki, yeni nazirlər bəzi sələflərinin aqibətindən dürüst nəticə çıxaracaq, tənqidə dözümlü olacaq və jurnalistlərlə məhkəmə və ya media çəkişməsinə girişməyəcəklər".

Yeni nazirlər mətbuatla necə işləyəcək? - İctimai fikrə “dirsək”, yoxsa tənqidə dözüm...


Bakupost.az saytının redaktoru Elçin Zahiroğlu isə deyib ki, yeni təyin olunan nazir və komitə sədrlərinin hər birinin cəmiyyətdə müsbət imici var, amma mətbuata açıq adam kimi tanınmırlar. Müsahibimizin bildirdiyinə görə, yüksək vəzifəyə təyinat alan 4 deputatdan Fuad Muradov və Rövşən Rzayevin mətbuatda kifayət qədər dostları var. Lakin bəzi vaxtlarda onlardan belə hansısa məsələ barəsində dərhal açıqlama almaqda problem yaşanıb: "Düşünürəm ki, yeni təyin olunan nazir və komitə sədrləri mətbuatla birbaşa təmasda olmasalar da, öz işləri ilə bağlı ictimaiyyətə mətbuat vasitəsilə mütəmadi olaraq məlumatlar verəcəklər. Yəni yeni təyin olunan şəxslər mətbuatı maraqlandıran suallara cavab yox, özlərinin gördükləri işlərlə bağlı məlumat verməyə daha çox üstünlük verəcəklər. İstər İnam Kərimov olsun, istərsə də bizim yaxından tanıdığımız deputatların bundan əvvəlki fəaliyyətləri bunu göstərir. Məlumdur ki, yeni təyin olunan nazir və komitə sədrləri kadr dəyişiklikləri edirlər, qurumlarda xeyli qüsurları üzə çıxarıblar. Amma biz bunlarla bağlı aidiyyəti qurumların rəsmi xəbərlərini görmürük. Hələ də yeni rəhbərlər həmin qurumlarda hansı problemlərlə üzləşdikləri, hansı neqativ halları üzə çıxardıqları ilə bağlı ictimaiyyətə rəsmi məlumat vermirlər. İndi də bu məsələlərlə bağlı məlumatları mətbuat ”etibarlı mənbə"yə istinadən yayır".

Yeni nazirlər mətbuatla necə işləyəcək? - İctimai fikrə “dirsək”, yoxsa tənqidə dözüm...


E.Zahiroğlu hesab edir ki, yeni nazir və komitə sədrlərimizin mətbuata açıqlığı məsələsi həm də onların özlərinə seçəcəkləri mətbuat katibindən asılıdır. Onun fikrincə, bu, əslində çox vacib məqamdır: "Hələ ki Kənd Təsərrüfatı Nazirliyindən başqa heç birində yeni mətbuat katibi təyinatı olmayıb. Bu təyinatlar olsa, ondan sonra onların media ilə hansı formada işləyəcəyi barədə konkret fikir formalaşacaq. Yeni baş nazirimiz Novruz Məmmədovu bu baxımdan mətbuata daha açıq adam hesab etmək olar. O, daim mətbuatla işləyən şəxsdir. Mütəmadi olaraq müsahibələr verir, baş verən proseslərə özü sosial şəbəkələr vasitəsilə reaksiya verir. Amma baş nazir kimi ilk çıxışında bundan sonra danışmayacağı anonsunu verdi. Qısası, yeni təyin olunan şəxslərin stereotipləri tam qıracağına ümidim o qədər də çox deyil. İnanmıram ki, jurnalistlər istədikləri vaxt lazım olan suallara anındaca onların özlərindən münasibət öyrənə bilsinlər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar