Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Tanınmış aparıcıya vəzifə verildi

Tarix: 03-05-2018 14:36     Baxış: 3360 A- / A+
Tanınmış aparıcıya vəzifə verildi


Tanınmış televiziya aparıcısı Hüseyn Azəri bundan sonra fəaliyyətini Dövlət Reklam Agentliyində davam etdirəcək.

Manevr.az xəbər verir ki, bu barədə Hüseyn Azəri "Facebook" səhifəsində yazıb.

H. Azəri bildirib ki, xəbər aparıcılığı və redaktorluğuna son qoyur. O, Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsində qurumun uğurları üçün çalışacaq. Tanınmış aparıcı həmkarlarına dəstəyə görə öz minnətdarlığını da bildirib və jurnalistlərlə sıx əməkdaşlıq edəcəyini qeyd edib:

"Bu gündən xəbər aparıcılığına və redaktorluğuna son qoyuram. Mənə doğma olan ARB 24 TV kollektivindən və ümumiyyətlə ARB ailəsindən ayrılmaq çətin olsa da halallaşıb bu addımı atdım. İndiyədək mənə göstərdikləri etimad və dost münasibətlərinə görə kollektivin hər bir üzvünə dərin təşəkkürümü bildirirəm. Sizin uğurunuz mənim də uğurumdur! Fiziki yanınızda olmasam da həmişə Sizinləyəm! Efirdən uzaqlaşsam da fəaliyyətim yenə də mətbuatla bağlıdır. İşimə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində davam edəcəyəm. Ümid edirəm ki, bu məsul işimdə Sizinlə daha sıx əməkdaşlıq edəcəyik. Dəstəyinizə həmişə ehtiyacım var. Harada olmağımdan asılı olmayaraq, müxbir kimi fəaliyyətə başlayan biri kimi özümü həmişə jurnalist hesab edirəm və edəcəyəm də. "

Qeyd edək ki, H. Azəri bu günədək ANS TV-də , Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətində çalışıb. Sonuncu iş yeri isə ARB 24 olub. Orada xəbər aparıcısı və redaktor vəzifəsində çalışıb./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar