Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

ANS cərimələri məcburi qaydada ödəyir

Tarix: 11-10-2016 11:30     Baxış: 4207 A- / A+
 ANS cərimələri məcburi qaydada ödəyir


Telekanalın əməkdaşlarının yarısı gözləmə mövqeyindədir

ANS-in bağlanmasından artıq 3 aya yaxın zaman keçir. Geridəki günlərdə şirkətin bəzi işçiləri özlərinə yeni iş yeri tapsalar da, böyük bir qismi kanalın açılacağı ümidi ilə gözlədilər. Şirkət rəhbərliyinin açıqlamasına görə, onların mindən çox əməkdaşı var...

Eyni zamanda şirkət artıq ona təyin olunan cərimələri də ödəməyə başlayıb. Özü də bu iş məcburi şəkildə həyata keçirilir. Belə ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosuna təyin olunan 161 000 manat cərimənin 77 266 manatı məcburi qaydada ANS ÇM şirkətinin bank hesabından tutulub.

Xatırladaq ki, ANS bağlandığı ərəfədə telekanalın fəaliyyətinin 1 aylıq dayandırıldığı deyilsə də, sonradan məhkəmə qərarı ilə lisenziyası tamamilə ləğv olundu. Belə ki, iyulun 29-da Bakı Apelyasiya Məhkəməsi ANS TV-nin lisenziyasını ləğv edib. ANS telekanalının rəhbərliyi lisenziyaya xitam verilməsi ilə bağlı qərardan kasasiya şikayəti verib. Lakin sonuncu şans belə, nəticəsiz qalıb və prosesdə Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Məhkəmədən sonra şirkət rəhbərliyinin mediaya verdiyi açıqlamaya görə, onlar kanalın açılması yolunda mübarizələrini hüquqi müstəvidə davam etdirəcəklər. Bu xüsusda onların Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəkləri də istisna deyil.

Əldə etdiyimiz məlumata görə, ANS-in əməkdaşlarının təxminən yarısı hələ ki proseslərin necə nəticələnəcəyini gözləyirlər. Baxmayaraq ki, telekanalla bağlı hər hansı bir əsaslı yenilik yoxdur. Bundan əlavə, öyrəndik ki, ötən aya qədər işçilərin aylıq maaşlarının yarısı şirkət tərəfindən ödənilib. Lakin ötən aydan etibarən bu ödəniş də dayandırılıb.

Qeyd edək ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq, “ANS Müstəqil Yayım və Media” şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Eyni zamanda MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apelyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.(musavat.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar