Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Media Klubu təsis edildi: Bəyanat imzalandı - FOTO

Tarix: 19-04-2018 18:48     Baxış: 2283 A- / A+
Media Klubu təsis edildi: Bəyanat imzalandı - FOTO


Bu gün Azərbaycan mediasının önəmli nümayəndələri bir araya gələrək Media Kulubu təsis ediblər.

Manevr.az-ın qaynarinfo-ya istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl bu təşəbbüslə çıxış edən tanınmış media təmsilçiləri bu gün Media Kulubunun təsis edildiyini bəyan ediblər.

Media Klubunun yaydığı bəyanatı Arif Əliyev, Elçin Şıxlı, Elmidar Əliyev, Ələsgər Məmmədli, Əvəz Zeynallı, Qulu Məhərrəmli, Mehman Əliyev, Zahir Əzəmət imzalayıblar.

Bəyanatı təqdim edirik:

"Hazırda Azərbaycanın informasiya məkanı həm ənənəvi KİV-lərin böhranı, həm də sosial şəbəkələrin artan təsiri ilə səciyyələnir.

Mətbuat böhranı özünü yaradıcılıq azadlığı və iqtisadi müstəqilliyin itirilməsi, etik prinsiplərinin pozulması, peşəkarlıq səviyyəsi və ictimai əhəmiyyətinin xeyli azalmasında göstərir. Bu proses tele-radio yayım vasitələrində daha ağrılı şəkildə gedir. Mətbuat bütün birliklər, fərdlər, dövlət və cəmiyyət arasında ictimai vasitəçi funksiyasını getdikcə daha çox itirir. Sosial şəbəkələr fərdi təşəbbüslər səviyyəsində bu funksiyaları üzərinə götürməyə və ənənəvi KİV-lərə ictimai etimadın itirilməsi fonunda yaranmış informasiya boşluğunu doldurmağa çalışır. Lakin hakimiyyətin bəzi dairələrinin bu təşəbbüsləri boğmaq və İnternet məkanını böhtan və təhqirlərin yayılması üçün istifadə etmək üzrə göstərdiyi son cəhdlər sosial şəbəkələrin manipulyasiya sisteminə çevrilməsi təhlükəsini yaradır.

Bunlarla əlaqədar, biz – media birliyinin nümayəndələri, ölkədə müstəqil, keyfiyyətli və məsuliyyətli KİV-in təşəkkülünə və onlara olan ictimai etimadın bərpa olunmasına kömək edəcək mühitin yaradılması, o cümlədən informasiya vasitələrinin manipulyasiya, təcavüz, təhqir və yalan sisteminə çevrilməsi cəhdlərinin qarşısının alınması məqsədi ilə səylərin birləşdirilməsini zəruri hesab edirik.

Bu məqsəd və vəzifələrin həyata keçirilməsi üçün biz, informasiya cəmiyyətinin, o cümlədən media və sosial şəbəkələrin mənafeyinin müdafiə və təmin olunması məqsədini güdən birlik olaraq Media Klubu yaratmaq qərarına gəlmişik.

Bununla əlaqədar aşağıdakı tədbirləri görmək niyyətindəyik:

– İnformasiya cəmiyyətinin aktual problemlərini müzakirə etmək üçün daimi fəaliyyət göstərən diskussiya platforması yaratmaq;

– İnformasiya cəmiyyəti həmrəyliyini gücləndirmək;

– Sağlam informasiya cəmiyyətinin inkişafı və qorunması üçün qanunvericilik təklifləri ilə çıxış etmək və media sferasını irəlilətmək;

– Cəmiyyətin informasiya təhlükəsizliyinin qorunması üçün tövsiyələr hazırlamaq;

– KİV-in iqtisadi tərəqqisinə, jurnalist peşəkarlığının artırılmasına, etik standartların tətbiqinə, kommunikasiya vasitələri və informasiya məkanı iştirakçılarının hər cür təzyiq formalarından müdafiə olunmasına kömək etmək məqsədi ilə tədqiqatlar aparmaq, tövsiyələr hazırlamaq və onların praktiki tətbiqini həyata keçirmək.

Media Klubu bu vəzifələrin həyata keçirilməsi və qarşıda duran problemlərin həll olunması üçün cəmiyyətin bütün sosial qurumları, o cümlədən müstəqil jurnalist təşkilatları ilə əməkdaşlıq edəcək.

Azərbaycan media mühitinin sağlamlaşdırılması üçün narahat və həssas olan bütün media nümayəndələrini həmrəyliyə səsləyirik.”

Hörmətlə:

Arif Əliyev
Elçin Şıxlı
Elmidar Əliyev
Ələsgər Məmmədli
Əvəz Zeynallı
Qulu Məhərrəmli
Mehman Əliyev
Zahir Əzəmət

Media Klubu təsis edildi: Bəyanat imzalandı - FOTO
Media Klubu təsis edildi: Bəyanat imzalandı - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar