Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Əflatun Amaşov: "İflasa məhkum olanlar həm xaricdə, həm də daxildədirlər"

Tarix: 09-04-2018 19:48     Baxış: 3295 A- / A+
Əflatun Amaşov: "İflasa məhkum olanlar həm xaricdə, həm də daxildədirlər"


"Əli Həsənovun adını guya söyüş və təhqir dolu şərhlərin hazırlanmasında hallandırmaları siyasi iflaslarının son çırpınışıdır. İflasa məhkum olanlar həm xaricdə, həm də daxildədirlər."
Manevr.az-ın məlumatına görə, bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. Ə.Amaşov fikrini belə davam etdirib:

"Söyüş kampaniyası cəmiyyətin mütərəqqi kəsiminin, xüsusən də media ictimaiyyətinin sərt reaksiyası nəticəsində iflasa uğradı. Lakin bu çirkin işi özünə hobbi, siyasi məqsədlərini gerçəkləşdirməyin yeganə vasitəsi kimi müəyyənləşdirmiş şəxslər yenə də fəaliyyətdədirlər.
Onların 11 aprel Prezident seçkilərinə hesablanmış hərəkətlərində başlıca məqsəd ölkə başçısı cənab İlham Əliyevin komandası daxilində nifaq toxumu səpmək, dövlət idarəçiliyində xaos yaradaraq vətəndaş etimadsızlığı üçün zəmin formalaşdırmaqdır. Dövlətimizə, ölkə başçısına sadiq insanların hədəfdə saxlanılması da məhz buna görədir.
Niyyətlərinə çata bilmədilər. Şübhəsiz, çata da bilməyəcəklər. Əli Həsənovun adını guya söyüş və təhqir dolu şərhlərin hazırlanmasında hallandırmaları siyasi iflaslarının son çırpınışıdır. İflasa məhkum olanlar həm xaricdə, həm də daxildədirlər.
Xaricdəkilərin məqsədi aydındır. Ayrı-ayrı anti-Azərbaycan dairələrin ölkəmizdəki maraqlarını təmin etmək üçün dəridən-qabıqdan çıxırlar. Bəs daxildəkilər nə istəyir? Görünür, hər kəsin asanlıqla söyülə, linç edilə bilinəcəyi vəziyyətin formalaşmasının arzusundadırlar. İqtidar hərislikləri, böyük və güclü olmaq niyyətləri bu qədərmi psixoz hal alıb? Çox təəssüf…"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar