Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Jurnalistlər üçün yeni MÜSABİQƏ

Tarix: 29-03-2018 14:19     Baxış: 4313 A- / A+
Jurnalistlər üçün yeni MÜSABİQƏ


Müdafiə Nazirliyi və Mətbuat Şurası Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü münasibətilə kütləvi informasiya vasitələri nümayəndələri arasında “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsi elan edib.

Mətbuat Şurasından verilən məlumata görə, müsabiqə Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatların, qoşun növlərində və qismlərində əldə olunan nailiyyətlərin, tətbiq edilən qabaqcıl təcrübələrin, hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərinin, hərb işinin müxtəlif sahələrində qazanılan uğurların, eləcə də hərbi mövzuları əks etdirən digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə ordu arasında əlaqələrin genişləndirilərək daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə elan olunub.

Yazı müsabiqəsi Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunur.

Müsabiqəyə 2018-ci il mart ayının 30-dan iyun ayının 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc edilən yazılar buraxılacaq.

Müsabiqəyə təqdim edilən yazılarda janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar Azərbaycan, ingilis və rus dillərində olmalı, 9-11 min işarə həcmindən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Yazıda “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir” qeydi olmalıdır.

Yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri ms.musabiqe@gmail.com elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqə üçün yazılar 2018-ci il iyunun 10-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Həmçinin müsabiqə üçün yazılar müvafiq şərtlər yerinə yetirilməklə ms.musabiqe@gmail.com elektron poçt ünvanına da göndərilə bilər.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Yazı müsabiqəsinin mükafat fondu aşağıdakı qaydada nəzərdə tutulub:

- I yer - 1 nəfər - 1500 manat;
- II yer - 2 nəfər - 1000 manat;
- III yer - 3 nəfər - 700 manat;

- Həvəsləndirici mükafatlar - 5 nəfər - 200 manat;

Müsabiqə qaliblərinin adları 2018-ci il iyun 25-dək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birgə təşkil ediləcək tədbirində açıqlanacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar