Sizin Reklam Burada
Xəbər lenti
16-10-2025
15-10-2025
BÜTÜN XƏBƏRLƏR

Jurnalistlərin içində jurnalist olmadan tanınanlar daha çoxdur

Tarix: 16-03-2018 18:09     Baxış: 2491 A- / A+
Jurnalistlərin içində jurnalist olmadan  tanınanlar daha çoxdur

Jurnalistlərin içində jurnalist olmadan tanınanlar daha çoxdur. Söhbət təkcə peşəkarlıq və ixtisas məsələsindən deyil, yaza bilməyib məşhur olanlardan, cəmiyyətdə layiq olmadığı üstün imtiyaz verilənlərdən gedir. Adları müxtəli tədbirlərin, təltif və mükafatların və s. siyahısında mütləq olmalıdır. Bunlar daha çox vaxtilə tanınmış, imkanlı və yüksək vəzifəli insanları söyənlər, təhqir və şantaj edənlərdir ki, bu gün heç kimə aman vermədən eyni abırsızlıqla tost deyirlər. Həm də gündəmin havasını bulandırırlar. Bu, siyasətin köhnə və hələ aktual olan üsuludur ki, söyənləri susdurmaq üçün mötəbər mövqelərə çəkilir, sosial, ictimai imkanlar yaradırlar. Əlbəttə, cox ziyanlı yanaşmadır. İndi bilinməsə də, gələcəkdə fəsadları üzə çıxacaq. Ona görə də belə dəyərləndirmələrdən cəmiyyətin müəyyən intellektual qismi aşınmaya məruz qalır, çaşqınlıq, daxili ikrah və narazılıq hissi artır. Elələri var ki, ömründə 1 saat belə jurnalist işləməyiblər. Hətta siyasətdə etibarı itirib mövqelərini müəyyən edə bilməyənlər, keçmişdəki fəaliyyətini guya gizlədən (mümkün olmasa da!) bəziləri yüksək media idarəçiliyində təmsil olunurlar. Əsas suallar budur: Niyə? Kimlər tərəfindən? və... Bu jurnalist zümrəsini təxminən belə təsnifatlandırmaq olar:

-siyasi proseslərin vurub mediaya atdığı uğursuzlar;
-siyasətbaz oliqarxların paraşütçüləri;
-müxtəlif məlum üsullarla pul qazanmaq istəyənlər;
-mənsəb və ad düşkünləri;
-İş axtaranlar;
və gizlin əllərin, qaranlıq obrazların buyruqçuları.



Dəyanət Osmanlı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar