Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Xəzər” TV-nin əməkdaşı sərbəst buraxıldı - Rəis müavini tutdurubmuş

Tarix: 13-03-2018 17:56     Baxış: 3288 A- / A+
“Xəzər” TV-nin əməkdaşı sərbəst buraxıldı - Rəis müavini tutdurubmuş


Lənkəranda polis tərəfindən saxlanılan "Xəzər" televiziyasının Cənub bölgə müxbiri Ələkbərov Elvin Habil oğlu sərbəst buraxılıb.

Manevr.az lent.az-a istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov göstəriş ilə Mərkəzi Xəstəxanada əri tərəfindən döyülərək öldürülən qadınla bağlı çəkiliş edən jurnalist bu gün günorta saatlarında buraxılıb.

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub. Bir neçə gün ev şəraitində müalicə olunan qadın daha sonra tibbi müəssisəsinə gətirilib və orada ölüb.

***
11:54

"Xəzər" televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Əkbərov Lənkəranda tutulub.

Manevr.az-ın "report"a istinadən xəbərinə görə, E.Əkbərovun tutulmasına Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov göstəriş verib. Məlumata görə, hadisə E.Əkbərov Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən baş verib.

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.

M.Qafarovanın yaxın qohumu bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: "Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb".

“Xəzər” TV-nin əməkdaşı sərbəst buraxıldı - Rəis müavini tutdurubmuş

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar