Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Medianın rəqəmsal müstəviyə keçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib

Tarix: 09-08-2016 13:23     Baxış: 1383 A- / A+

Medianın rəqəmsal müstəviyə keçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib


Avqustun 6-da şimal bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələrinə “KİV və müəllif hüquqları” adlı kitabça təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə RTV-nin konfrans zalında keçirilən tədbirə Şimal bölgəsində mövcud olan yerli media nümayəndələri, paytaxtda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin bölgə təmsilçiləri, həmçinin internet fəalları və QHT nümayəndələri qatılıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşan “İnternet informasiya resurslarında müəllif hüquqlarının qorunması təşəbbüslərinə yardım” layihəsi çərçivəsində keçirilən tədbirdə mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir. Bildirilib ki, müəllif hüquqlarına hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Kodeksinin əsas tələblərindən biridir. Amma bu gün əksər xəbər istehsalçıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə, bu sahədə anlayış çox zəif yayılıb. Bununla yanaşı, internetin inkişafı, medianın rəqəmsal müstəviyə keçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Ekspert qeyd edib ki, biri–birindən köçürmə, başqasının ideyasını, informasiyasını mənimsəyib öz adından tirajlama halları o qədər çoxalıb ki, hətta “copy-paste” jurnalistikası deyilən anlayış da formalaşıb. İnformasiyanın qanuna zidd olaraq özünküləşdirilməsi, əsil müəllifi göstərilmədən köçürülərək tirajlanması müəllif hüquqlarının pozulması ilə paralel olaraq, digər problemlərə də yol açır.

Müşfiq Ələsgərli qeyd edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə “KİV və müəllif hüquqları” adlı vəsait də çap edilib və jurnalistlər arasında pulsuz paylanılır.

Tədbirdə qeyd olunub ki, layihə çərçivəsində ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən media təmsilçiləri üçün də seminarların keçirilməsi, Bakıda isə mövzuya həsr edilmiş konfransın təşkili nəzərdə tutulub.

Medianın rəqəmsal müstəviyə keçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar