Xəbər lenti
“Xəbər yaza bilməyənlər köşə yazırlar” - Seymur Verdizadə

"Köşə müəllifin subyektiv fikirlərinin təzahürüdür. İfadə tərzi isə istedad məsələsidir”.
Bu sözləri Jurnalist Araşdırmaları Mərkəzinin sədri, tanınmış köşə yazarı Seymur Verdizadə deyib. S.Verdizadə bildirib ki, Azərbaycanda jurnalistlərin bu janra müraciət etməsi müsbət haldır: "Hər bir vətəndaşın, o cümlədən, jurnalistlərin öz fikirlərini cəmiyyətlə bölüşmək hüququ var. Köşə yazarlığı bir institut kimi inkişaf etməli, jurnalistikada aparıcı janrlardan birinə çevrilməlidir. Amma köşə yazarı məişət səviyyəsinə enməməli, cılız intriqalardan uzaq qalmalıdır. Köşə yazarının geniş dünyagörüşü, zəngin həyat təcrübəsi olmalıdır. Köşə yazarı cəmiyyəti düzgün istiqamətə yönəltməyi bacarmalıdır”.
Jurnalist deyib ki, gənclər arasında köşə yazmağa meyl edənlərin sayının çoxluğu onu narahat edir: "Təcrübə keçmək üçün redaksiyalara üz tutan tələbələrin əksəriyyəti köşə yazmağa can atırlar. Hətta xəbər yaza bilməyənlər də köşə yazırlar. Bir az əvvəl də qeyd etdiyim kimi, köşə yazarının həm də zəngin həyat təcrübəsi olmalıdır. 19 yaşlı gənc oxucu ilə hansı təcrübəsini bölüşə bilər? Redaktorlar gənclərə jurnalistikanın zirvəsinə pillə-pillə qalxmağı öyrətməlidirlər”./azim.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar