Xəbər lenti
"Sərəncamları oxuduğuna görə AzTV-yə 32 milyon ayırmağa ehtiyac yoxdur" - Deputat

"Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində dilində telekanal açmağımız lazımdır".
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, bunu Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev bildirib.
Millət vəkili Ukrayna, Qazaxıstan nümunəsində belə telekanalların olduğunu deyib.
Deputat digər kanallara ayrılan vəsaitləri xatırladıb:
"Biz 32 milyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallardan heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar böyük həvəslə prezidentin sərəncamlarını oxuyur, səfərlərini işıqlandırırlar”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































