Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlər niyə mətbuatdan qaçır?

Tarix: 15-11-2017 10:31     Baxış: 5356 A- / A+
Nazirlər niyə mətbuatdan qaçır?


Azərbaycan mediası məmurlarla təmas problemi yaşamaqdadır. İctimai maraq kəsb edən hansısa bir mövzuda nazirləri, komitə, agentlik rəhbərlərini danışdırmaq müşkül bir işə çevrilib. Hansı quruma üz tuturuq, ən yaxşı halda mətbuat xidmətinin rəhbəri sualları yazılı götürəcək, ən tezi 1 həftəyə onları cavablandıracaq. Bir çox qurumların mətbuat katibləri isə heç bunu da etmirlər.

Manevr.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, əvvəllər müxtəlif qurumlar tərəfindən azı ildə bir dəfə hesabat xarakterli mətbuat konfransları keçirilir, jurnalistlər onları maraqlandıran sualları birbaşa nazirlərə, yaxud digər rəhbər şəxslərə verə bilirdilər. Yaxud belə imkan hakim Yeni Azərbaycan Partiyasının qərargahında yaradılırdı: burada müntəzəm olaraq rəhbər şəxslərin jurnalistlərlə canlı ünsiyyəti üçün imkan yaradan konfranslar təşkil edilirdi. Lakin neçə illərdir jurnalistlər bu imkandan da məhrum olublar.

Milli Məclisə akkreditasiya olmuş həmkarlarımızın dediyinə görə, daha büdcə müzakirələri günlərində parlamentə gələn məmurlar da jurnalistlərin olduğu tərəflərdən keçmirlər - iclas zalına arxa qapıdan gəlib, oradan da gedirlər.

Bu şəraitdə jurnalistlərin hansısa nazir, komitə sədri və ya digər rəhbər şəxslə təmas imkanı yalnız açıq havada keçirilən kütləvi tədbirlər zamanı yaranır.

Məmurları mediadan uzaq salan nədir? Bu vəziyyətin hər iki tərəf üçün hansı təsirləri var?

Nazirlər niyə mətbuatdan qaçır?

Parlament Jurnalistlər Birilyinin sədri, modern.az saytının rəhbəri Elşad Eyvazlı hesab edir ki, ayrı-ayrı dövlət qurumlarının rəhbərlərinin mətbuatdan yayınması həm media üçün, həm də həmin qurumun özü üçün zərərlidir: "Nəticədə hər iki tərəf itirir. Məncə, məhz buna görədir ki, dedi-qodu, yalan-doğru baş alıb gedir. Məsələn, elə məmurlar var ki, fəaliyyətləri, gördükləri işlər pozitivdir. Sadəcə, görülən işlərin cəmiyyətə çatdırılmasında maraqlı görünmürlər. Ola bilsin ki, öz işlərini yerinə yetirə bilməyən nazirlər, komitə rəhbərləri onlara ”yaxşı baxmayacaq" kimi yanaşmalardan ehtiyat edirlər. Sanki bizdə bir məmur-jurnalist qəbuledilməzliyi var. Amma o məmur da, o jurnalist də Azərbaycan vətəndaşıdır. Onlardan hər birinin mənfi işi ümumi Azərbaycan üçün zərərlidir. Başqa tərəfdən, məmur elə bilir ki, vətəni jurnalistdən daha çox sevir. Jurnalist də elə düşünür ki, vətəni yalnız jurnalistlər sevir. Bu da yanlış yanaşmadır."

Birlik rəhbərinin fikrincə, görülən işlərin cəmiyyətə çatdırılması, neqativ halların aradan qaldırılması, dedi-qodu, yalan məlumatların yayılmaması üçün mütləq dövlət qurumlarının rəhbərləri jurnalistlərdən yayınmamalı, mətbuat katiblərini mediadan uzaq tutmamalıdırlar. E.Eyvazlı deyir ki, hər halda bir jurnalist təşkilatının, bir saytın rəhbəri kimi hakim partiyada əvvəlki ənənələrin bərpa olunmasını çox istəyir.

Nazirlər niyə mətbuatdan qaçır?

"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev Azərbaycanda vəzifə sahiblərinin medianın qarşısında hesabat vermək ənənəsinin olmamasından təəssüfləndiyini bildirir: "Əlbəttə, bu vəziyyət xoşagələn deyil və bir çox sualların cavabsız qalması ilə nəticələnir. Biz yalnız nazirlər və komitə sədrlərinin tədbirdən-tədbirə ayaqüstü açıqlamaları ilə kifayətlənirik, bu da yetərli deyil. Bunun səbəbi nədirsə mətbuatla baglı deyil, düşünürəm ki, qurumların rəhbərləri maraqlı deyillər.”

Agentlik rəhbərinin fikrincə, çox yaxşı olardı ki, hər ay nazirlər və komitə sədrləri bütün jurnalistlər üçün açıq olan məkanların birində medianın qarşısına çıxsınlar: "Belə olan halda onlar həm təmsil etdikləri qurumların gördüyü işləri cəmiyyətə çatdırmış olarlar, həm də jurnalistləri maraqlandıran suallara cavab verərlər. Bütün hallarda qazanan tərəf yenə də həmin qurumlar və onların rəhbərləri olacaq. Bununla da haqlarında yayılmış olacaq hər hansı qeyri-dəqiq informasiyaların qarşısı alınacaq”.

YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirir ki, partiya qərargahında konfransların təşkili zamanın tələbi idi: "Həmin vaxt bu görüşlər informasiya qıtlığının aradan qaldırılması, dövlət qurumlarının rəhbər şəxsləri ilə jurnalistlər arasında baryerin götürülməsi, sıx məmur-jurnalist ünsiyyətinin qurulması məqsədi daşıyırdı. Həm də bu tədbirlər təbliğat xarakterli idi. Müəyyən müddətdən sonra biz gördük ki, artıq məqsədimizə nail olmuşuq, dövlət strukturlarının birinci şəxslərinin kütləvi informasiya vasitələri ilə münasibətləri tam şəffafdır, açıqdır, mövcud baryerləri aradan qaldıra bilmişik, qərara gəldik ki, belə tədbirlərə ehtiyac qalmayıb”.

H.Paşayev onu da bildirdi ki, YAP qərargahındakı konfranslar kimi tədbirləri bərpa etməyi planlaşdırmırlar.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə deyir ki, onlar jurnalistlərin də iştirakı ilə çoxsaylı tədbirlər təşkil edirlər. Bu tədbirlərdə nazirliyin müxtəlif vəzifəli şəxsləri, bir çoxunda isə nazir Şahin Mustafayevin özü iştirak edir, jurnalistləri maraqlandıran sualları cavablandırır. Buna görə də A.Əliyev təmsil etdiyi qurumun rəhbərliyi ilə jurnalistlər arasında ünsiyyət probleminin olmadığı qənaətindədir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar