Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Məhkəmədən Əfqan Muxtarlı ilə bağlı – Qərar

Tarix: 23-10-2017 17:14     Baxış: 5258 A- / A+
Məhkəmədən Əfqan Muxtarlı ilə bağlı

Jurnalist Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin çıxardığı qərardan verilən apelyasiya şikayətinə baxılıb.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Əfqan Muxtarlının apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Əfqan Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini barədə şikayəti təmin edilməyib.

Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan prosesdə prokurorun vəsatəti təmin edilib və Əfqan Muxtarlının həbsinin daha iki ay uzadılması barədə qərar qəbul edilib.

İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlının barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, daha sonra isə onun həbs müddəti daha 2 ay uzadılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar