Xəbər lenti 
					
 
		Media təşkilatı multikultural təbliğatla məşğul olacaq

"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Region gəncləri arasında multikultural dəyərlərin təbliği” adlı layihənin icrasına başlayıb. Bu barədə JAM sədri Seymur Verdizadə məlumat verib.
S.Verdizadə deyib ki, layihənin məqsədiAzərbaycan cəmiyyəti üçün xas olan multikultural dəyərləri təbliğ etmək, region gəncləri arasında maarifçilik işi aparmaq, ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir.
JAM sədri qeyd edib ki, layihə 4 ay müddətində Azərbaycanın Göyçay, Tovuz, Şirvan və Cəlilabad şəhərlərində həyata keçiriləcək. "Layihənin effektivliyini artırmaq üçün onun icrasına multikulturalizm sahəsində tanınmış ekspertləri cəlb edəcəyik”, - deyə S.Verdizadə bildirib.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















