Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Şərəf və ləyaqət davası aparmaq üçün adamın üzü və haqqı olmalıdır” - Qulu Məhərəmmli

Tarix: 08-09-2016 14:09     Baxış: 4233 A- / A+
“Şərəf və ləyaqət davası aparmaq üçün adamın üzü və haqqı olmalıdır”


Tanınmış telejurnalist, professor Qulu Məhərrəmliyə qarşı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun xüsusi ittiham qaydasında qaldırdığı iddiayla bağlı məhkəmə prosesinin vaxtı artıq 3-cü dəfə dəyişdirilib.

Bu haqda Gununsesi.info-ya Qulu Məhərrəmli məlumat verib.

Onun sözlərinə görə, məhkəmənin vaxtının dəyişdirilməsiylə bağlı heç bir səbəb göstərilmir: “Heç bir səbəb yoxdur. Sadəcə, sentyabrın 22-nə təxirə salınmış proses daha sonra elə bu ayın 9-na, dunən aldığım məlumata görə isə 15-nə təyin edilib”.

Q.Məhərəmmli bildirib ki, əslində, bu məhkəmə prosesinə çəkişmə kimi yanaşmaq doğru deyil:

“8 aydır davam edən məhkəmə təhdidi yerində olmayan qeyri-peşəkar və şübhəli reputasiyalı bir məmurun söz azadlığına hücumudur. Heç bir məhkəmə Alışanovun AzTV-yə vurduğu ziyanı pərdələyə bilməz. Hüquqi əsassızlığı bir yana qoyuram, şərəf və ləyaqət davası aparmaq üçün adamın üzü və haqqı olmalıdır” – deyə, o, bildirib.

Qeyd edək ki, tanınmış telejurnalist, professor Q. Məhərrəmliyə qarşı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sədri Arif Alışanovun xüsusi ittiham qaydasında qaldırdığı iddiayla bağlı prosesə Yasamal Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyilə baxılacaq.

Xatırladaq ki, məhkəmə çəkişməsinə səbəb isə Q.Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalar olub. Jurnalist həmin açıqlamalarında AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Teletənqidçi bu barədə fikirlərini deyərkən sərt ifadələr işlədib.
A A.Alışanov Q.Məhərrəmlinin onun ünvanına söylədiyi fikirlərə görə CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir. Q.Məhərrəmlini 2 ilədək azadlıqdan məhrumolunma cəzası gözləyir. Q.Məhərrəmli gununsesi.info-ya açıqlamasında A.Alışanovun iddiasının əsassız olduğunu bildirib. O, özünün dilçi-alim, elmlər doktoru olduğunu qeyd edərək deyib ki, 30 ildən çoxdur ki, jurnalistika ilə məşğuldur və tənqidi təhqirdən yaxşı ayırır. A.Alışanov Q.Məhərrəmliyə qarşı həm də Nəsimi Rayon Məhkəməsində mülki iddia qaldırıb və ondan 100 min manat (65 min dollar) tutulmasını tələb edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar