Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

ANS-in kassasiya şikayəti təmin olundu -FOTOLAR

Tarix: 08-09-2016 12:50     Baxış: 3222 A- / A+
ANS-in kassasiya şikayəti təmin olundu

Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com-un prosesdə iştirak edən əməkdaşının məlumatına görə, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələrinin orderlərinin olub-olmaması müəyyənləşdirildi. İş icraata götürüldü. Məhkəmə prosesi 15 sentyabr, saat 12:00-a təyin olundu.

Daha sonra jurnalistlərə açıqlama verən şirkətin prezidenti Vahid Mustafayev bildirib ki, Ali baş komandana inanırlar və sonun yaxşı olacağına ümid edirlər:

" Biz də öz növbəmizdə bu məsələni hüquqi yolla həll etməyə çalışırıq". V. Mustafayev prosesləri işıqlandırdıqları üçün jurnalistlərə təşəkkürünü də bildirib.

Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

ANS-in kassasiya şikayəti təmin olundu
ANS-in kassasiya şikayəti təmin olundu

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar