Xəbər lenti
“Azadlığ”ın əməkdaşları istintaqa çağırılıb

“Azadlıq” qəzetinin əməkdaşı Vidadi Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Manevr.az-ın məlumatına görə, bu haqda jurnalist özü informasiya yayıb. O sabah saat 11-də idarəyə dəvət olunub.
“Azadlıq” qəzetinin digər əməkdaşı Xəyal Babayev də 6 sentyabrda həmin idarəyə çağırılıb. Amma iltizama qol çəkdiyindən hansı səbəblə dəvət edildiyini deyə bilməyib.
Xatırladaq ki, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) və 168.1-ci maddəsi ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ittiham irəli sürülüb. 22 avqustda Nəsimi Rayon Məhkəməsi Faiq Əmirli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.(qafqazinfo)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































