Xəbər lenti
ANS-in tezliyində yeni TV peyd oldu

MTRŞ-nın şikayəti əsasında məhkəmənin hökmü ilə bağlanan və lisenziyası əlindən alınan ANS TV-nin tezliyini yeni telekanal yayımlanmağa başlayıb.
AZXEBER.COM-un məlumatına görə, artıq bir neçə gündür ki, axşam saatlarından etibarən Azərbaycan ərazisində "Günəş TV" yayımlanmağa başlayıb.
Maraqlıdır ki, "Günəş TV" ANS TV-nin tezliyində yayımlanır. Hələ ki, yalnız kinolar yayımlanan TV bu gün "Cəsus uşaqlar-2" filmini yayımlayıb.
Qeyd edək ki, ölkənin ilk uşaq kanalı olan “Günəş TV" 01 aprel 2015-ci il tarixindən şimal bölgəsində yayıma başlayıb. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən “Günəş TV”-nin yayımında şiddət, pis vərdişlər aşılayan kadrlara yer verilmir. Efirdə yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verlişlər və filmlər yayımlanır.
Son bir neçə gündür ki, "Günəş TV" ümumrespublika yayımında və ANS TV-nin tezliyində efirə gedir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























