Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Əziz Orucovla bağlı bu ittihama xitam verildi

Tarix: 13-12-2024 14:49     Baxış: 487 A- / A+
“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucova elan olunan ittihamlardan biri götürülüb.
Manevr.az xəbər verir ki, bu barədə vəkil Bəhruz Bayramov apa-ya bildirib.
O qeyd edib ki, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə elan olunan ittihama xitam verilib.
Qeyd edək ki, Əziz Orucovla bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib və hakim Günel Səmədovanın icraatına verilib.
Ə. Orucov hazırda Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işinin açılıb.
Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar