Xəbər lenti
Xoşqədəmə Rasimlə bağlı danışmaq qadağan olundu - Məhkəmədən ŞOK QƏRAR

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi Rasimin atasının müraciəti əsasında belə qərar qəbul edib.
Ailənin nümayəndəsi kimi çıxış edən Samir Zeynalovun sözlərinə görə, ailə hesab edib ki, xüsusilə Xoşqədəm Hidayətqızı “Rasimin axtarışını” şou predimetinə çevirməklə izləyici reytinqi xatirinə hər gün ekran üzərindən minlərlə insanı aldadıb. Ən əsası verilişdə gedən müzakirələr Rasimin bu günə kimi müəyyən edilməməsinə təsir edib.
Ərizədə o da qeyd olunub ki, Xoşqədəm Hidayətqızı əvvəl Rasimi tapacağı haqda ailəyə vəd verib. Vədini yerinə yetirə bilməyəcəyini görən sözügedən şəxs mənim və ailə üzvlərimin düşdüyü acınacaqlı vəziyyəti nəzərə almayaraq Rasimin axtarışı ətrafında saxta ssenari hazırlayıb.
Yasamal Rayon Məhkəməsinin hakimi Ülkər Xəlil ailənin müraciətini əsaslı hesab edib.
Hakim belə qənaətə gəlib ki, məsələdə müvəqqəti təminat tədbirinin görülməsi qaçılmazdır.
Qərara əsasən ARB telekanalında, xüsusilə “Səni Axtarıram” verilişində Rasimin axtarışı ilə bağlı müzakirə aparmaq, həmçinin fotolarını yayımlamaq qadağan edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar