Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Jurnalistikada qabiliyyət imtahanı: Belə yanaşma özünü doğrultmur - ŞƏRH

Tarix: 05-08-2024 19:28     Baxış: 3160 A- / A+
"Jurnalistika fakultəsinə qəbul zamanı qabiliyyət imtahanı lazımdır. Nəyə görə? Çünki jurnalistika peşədir". Manevr.az bildirir ki, bunu qaynarinfo-ya Azərbaycan Jurnalislər Birliyinin sədri Elçın Şıxlı deyib. Onun sözlərinə görə, əvvələr belə imtahanlarda məqalə yazmaq tələb olunurdu: 
 "İndi qabiliyyət imtahanının nədən ibarət olduğunu bilmirəm. Ona görə də suala cavab verməyə çətinlik çəkirəm. İmtahanın nədən ibarət olduğunu bilmək lazımdır. Məsələn, bir metod ondan ibarətdir ki, abuturent imla yazır. Belə imtahan olmasa, daha yaxşıdır. Digər metod ondan ibarətdir ki, şifahi imtahan götürüsən. Onun nə istədiyini, jurnalistikaya nə üçün gəldiyini, jurnalistika onun üçün nədən ibarət olduğunu da bilmək üçün bu metod daha keçərlidir".
Media eksperti Qulu Məhərrəmli isə qabiliyyət imtahanında 3 müxtəlif mövzu verildiyini açıqlayıb:
"Məsələn, "Mənim vətənim gözəldir”,  "Qarabağ" və digər vətənpərvər mövzularda abuturentin qabiliyyətini yoxlamaq mümkündür. 17-18 yaşlı abituriyentlər belə suallara cavab yazırlar. Bu, jurnalistika deyil. Jurnalistikanın mahiyyəti fərqlidir. Ən yaxşı halda bu publisistika ola bilər. Bunu da hamı yaza bilir. Az-çox düşüncə və yazmaq qabiliyyəti olanların hər biri bunu yaza bilər. Amma bu jurnalist olmaq demək deyil". 

Qabiliyyət imtahanı harada tətbiq olunur? Qulu Məhərrəmli dünyada belə bir təcrübənin mövcud olduğunu qeyd edib:
"Xüsusi istedad tələb edən ixtisaslara qabiliyyət imtahanı ola bilir. Məsələn, musiqi, rəssamlıq, idman, aktyorluq və s. istedad tələb edən ixtisaslara qabiliyyət imtahanı olmalıdır. Yoxlanılmalıdır ki, onlardan aktyor ola bilər, ya yox. Duyumları yoxlanılmalıdır. Jurnalistika xüsusi istedad tələb edən sahə deyil. Müəyyən yazı vərdişləri, müəyyən texnologiya ilə yazmaq tələb edilir. Xəbər strukturunu bilmək, yazmaq və s. Bunların hər biri dərs prosesində öyrədilir. Diqqətli tələbə, yaxşı təhsil alarsa, istedadlı jurnalist ola bilər. Təbii ki, jurnalist olmaq üçün insan da həvəs olmalıdır. Həvəs olmadan heç nə olmur. Hətta magistaturada da qabiliyyət imtahanı tətbiq olunur. Bu gülüncdür. Qabiliyyət imtahanı lazımsız bir şeydir". 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar