Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib - Müşfiq Məmmədli

Tarix: 22-07-2024 10:19     Baxış: 390 A- / A+
Müşfiq Məmmədli
Milli Məclisin deputatı


22 iyul Milli Mətbuat Günü münasibətilə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin ayrılmaz hissəsi olan milli mətbuatımızın keçdiyi yola nəzər salmaq olduqca vacibdir. 
Milli mətbuatımızın ilk nümunəsi olan "Əkinçi" qəzeti 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr olunmuşdur və bu, Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmuşdur. “Əkinçi”nin qısa müddətdə göstərdiyi maarifçilik fəaliyyəti xalq arasında böyük rəğbət qazanmışdır. 
1875-ci ildən sonra milli mətbuatımız ədəbi dilimizin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermişdir. Anadilli mətbuatın əsasını qoyan çoxsaylı qəzet və jurnallar milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında mühüm rol oynamışdır. 

1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində mətbuat üzərində senzura aradan qaldırılmış, söz və məlumat azadlığı təmin edilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olunmuş və milli mediamızın inkişafına mühüm töhfələr vermişdir. 

Yeni dövr milli mətbuatımız qarşısında yeni vəzifələr qoyur. Mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda və milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır. Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilmiş və bu sahədə böyük inkişaf əldə etmişdir. 

Milli mətbuatın inkişafına göstərilən dəstək və qayğı jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması və onların fəxri adlarla təltif edilməsi dövlətimizin mətbuata olan yüksək diqqətinin təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində media fəaliyyətinin qanunvericilik bazası təkmilləşdirilmiş və jurnalistlərin sosial təminatı daha da yaxşılaşdırılmışdır. 

Bu əlamətdar gün münasibətilə bütün media nümayəndələrini təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayıram.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar