Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeni idman kanalına lisenziya verildi

Tarix: 19-03-2024 14:18     Baxış: 4309 A- / A+



Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda bir sıra məsələlərə baxılıb.
Şuradan verilən xəbərə görə, ilk olaraq, Audiovizual Şuranın 23 yanvar 2024-cü il tarixli 01/24-01 nömrəli qərarı ilə ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş "Sağlam Media" MMC-nin və "Orion Sky" MMC-nin iddiaçı kimi müsabiqəyə buraxılması və iddiaçıların müsabiqə şərtlərinə uyğunluğu və yayım imkanları barədə rəy verilməsi üçün müvafiq komissiyanın yaradılması haqqında qərar qəbul edilib.
Daha sonra audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son müraciətlər müzakirə olunub. Qəbul olunmuş müvafiq qərarlara əsasən "AZ-EVRO TEL" MMC-yə (operator xidmət adı: "Azeurotel") sadə platforma operatoru, "SPORT TV.AZ" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (idman janrlı, televiziya redaksiya adı: "Sport TV") lisenziyaları verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar