Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurası Səbuhi Məmmədlinin vəfatı ilə bağlı nekroloq yayıb

Tarix: 17-01-2024 11:27     Baxış: 3215 A- / A+

Azərbaycan Mətbuat Şurası jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı nekroloq yayıb.
Manevr.az xəbər verir ki, nekroloqda deyilir:
"Jurnalist, “Lent.az” saytının əməkdaşı Səbuhi Məmmədlinin vəfatı hər birimizə dərin üzüntü və sarsıntı hissi yaşatdı. Mərhumun doğmalarına, yaxınlarına, saysız-hesabsız həmkarlarına dərin hüznlə başsağlığı veririk.
1970-ci ildə anadan olmuş S.Məmmədli Bakı Dövlət Universitetini bitirib. 1990-cı ildən jurnalistikada olub. Müasir dövr Azərbaycan mediasının öz dəst-xətti ilə seçilən istedadlı nümayəndələrindən biri kimi tanınıb. Həm on il ərzində “Lent.az” saytında, həm də müxtəlif illərdə çalışdığı “525-ci qəzet”də, “Azərbaycan” və “Yeni Müsavat” qəzetlərində peşəsinə sədaqəti və həmkarlarına qayğılı münasibəti ilə seçilib. Daşıdığı təməl xüsusiyyətlər özündən gənc həmkarlarının jurnalistikaya rəğbətinin formalaşmasına, bu yolda addımlamalarına stimul verib.
S.Məmmədli yaşadığı qısa ömürdə istedad amilinin jurnalistika üçün nə dərəcədə böyük anlam daşıdığını əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarıb. Onun, yəni, bir istedad adamının yoxluğu həm də bu baxımdan ağırdır.
Bir daha mərhumun doğmalarına, əzizilərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, onların kədərlərini bölüşürük.
Allah rəhmət eləsin!"
Medianın İnkişafı Agentliyi də Səbuhi Məmmədlinin vəfatı ilə əlaqədar başsağlığı verib.
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!" - başsağlığında bildirilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar