Sizin Reklam Burada
Xəbər lenti
04-02-2025
03-02-2025
BÜTÜN XƏBƏRLƏR

Xarici jurnalistlər AZƏRTAC-ın müxbirinə görə Fransaya çağırış etdi

Tarix: 06-12-2023 18:14     Baxış: 3232 A- / A+


AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Jurnalist bir sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb.
Rəsmi media orqanının yaydığı açıqlamada bildirilir ki, jurnalistin məhz Bakıdan gəldiyi üçün ölkəyə girişinə icazə verilməyib.

“Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Jurnalistimizin məhz dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Yeni Kaledoniyaya daxil olmasına qadağa qoyulması da məhz bu amillə bağlıdır”, – məlumatda bildirilir.
Manevr.az xəbər verir ki, dünyanın nüfuzlu media orqanlarında çalışan jurnalistlər də Fransanın bu açıqlamasına reaksiya verib.

Böyük Britaniyanın “Daily Mail”,” Daily Star” və “Avrupa News Agency” platformalarının təmsilçisi Alpaslan Duven saytımıza açıqlamasında bildirib ki, absurd və qanunsuz səbəblərdən jurnalistlərin səyahət azadlığının qarşısı alına bilməz:
“Türkiyə-İngiltərə Jurnalistlər Cəmiyyəti olaraq azərbaycanlı həmkarımıza qarşı edilən haqsızlığı və qanunsuzluğu pisləyirik. Jurnalistə qarşı atılan bu kimi addım qəbuledilməzdir. Belə absurd və qanunsuz səbəblərdən jurnalistlərin səyahət azadlığının qarşısı alına bilməz. Biz Fransa rəsmilərini bu cür qanunsuz əməllərə son qoymağa çağırırıq. Bu kimi addımlar jurnalistlərə qarşı atılmış addımlardır.
Bir jurnalist olaraq bu məsələni təbii ki, qınayırıq. Bu kimi addımlarla jurnalistin fəaliyyətinə maneə törədilə bilməz. Eyni zamanda beynəlxalq hüquq və azadlıqlara qarşı atılan addımdır. Jurnalistlərə qarşı Fransa tərəfindən edilən bu davranışa mütləq dünyanındigər ərazilərindən olan jurnalistlər tərəfindən reaksiyalar verilməlidir”.

Gürcüstanın “geodigest.ge” və “newsday.ge” xəbər saytlarının rəhbəri Avtandil Otinaşvili bildirib ki, bütün hallarda jurnalistlərə qarşı hər cür basqı və zorakılığı pisləyir:
“Fransa kimi bir ölkədə jurnalistin peşəkar fəaliyyətinə maneə beynəlxalq hüquq və azadlıqlara hayqırıdır. Dünyanın siyasi mərkəzlərindən birində belə hal baş verirsə, bu bütün dünyadakı jurnalistləri məyus edir. Bu, yolverilməzdir, insan haqlarının, jurnalistlərin hüquqlarının pozulmasıdır. Bu cür hərəkətlər jurnalistlərin işləməsinə, peşə borcunu yerinə yetirməsinə mane olur. Ümid edirəm ki, qısa zamanda bununla bağlı açıqlama verəcəklər”.
 
Qazaxıstanlı ekspert, jurnalist Amangeldi Qurmetuly də jurnalist fəaliyyətinə qarşı atılmış addımı pisləyib:
“Bir jurnalist olaraq bu məsələni təbii ki, qınayırıq. Bu kimi addımlarla jurnalistin fəaliyyətinə maneə törədilə bilməz. Eyni zamanda beynəlxalq hüquq və azadlıqlara qarşı atılan addımdır. Jurnalistlərə qarşı Fransa tərəfindən edilən bu davranışa mütləq dünyanındigər ərazilərindən olan jurnalistlər tərəfindən reaksiyalar verilməlidir”.
Ruminiyalı jurnalist Stefania Stancu dünyanın bütün ölkələrində jurnalistlərin azad informasiya almaq hüququ var:
“Bu hüququ da heç bir kəs poza bilməz. Eyni zamanda  jurnalistin peşəkar fəaliyyətinə maneə beynəlxalq hüquq və azadlıqlara ziddir. Belə hal baş verirsə, bütün dünyadakı jurnalistlər buna ciddi münasibət bildirməlidir”.Modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar