Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

İctimai TV-də yeni təyinat - ŞƏKİL

Tarix: 06-10-2023 14:38     Baxış: 4441 A- / A+


İctimai TV-də ştat cədvəlinə dəyişikliklər edilib, Hüquq departamentinə yeni direktor təyin edilib.
Manevr.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. Yayım Şurasının sədri, akademik Teymur Kərimli bildirib ki, gündəlikdə 2023-cü il ştat cədvəlinə dəyişikliklər edilməsi və Hüquq departamentinə direktor təyin olunması barədə məsələlərə baxılması nəzərdə tutulub.
Şirkətin Baş direktoru Balakişi Qasımov ştat cədvəlində dəyişikliklər edilməsi zərurətindən danışıb və bildirib ki, məqsəd iş əmsalının daha da yüksəldilməsidir. Daha sonra Baş direktor təklif edib ki, Şirkətin Hüquq departamentinin Baş hüquqşünası Aytac İsmayılovanın həmin departamentin direktoru təyin olunmasına baxıla bilər. Sonra A.İsmayılovanın namizədliyi irəli sürülən vəzifədə görüləcək işlərdən bəhs edilib. Müzakirələr nəticəsində onun Hüquq departamentinin direktoru təyin olunması barədə qərar qəbul edilib.
İclasda cari məsələlər müzakirə edilib, Yayım Şurasının sədri Teymur Kərimli, Şura üzvləri - Zemfira Qafarova, Vüqar Zeynalov, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova öz fikir və təkliflərini səsləndiriblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar