Sizin Reklam Burada
Xəbər lenti
16-09-2024
15-09-2024
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurası Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq yaydı

Tarix: 29-09-2023 11:49     Baxış: 3168 A- / A+
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Milli Məclisin deputatı Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq yayıb.
Şuradan verilən məlumata görə, nekroloqda deyilir:
"Hamımızın sevimlisi, dəyərli həmkarımız, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın vəfatı bizi dərin üzüntüyə qərq etdi. Mərhumun doğmalarına, yaxınlarına, həmkarlarına başsağlığı veririk.
Qənirə Paşayevanın yoxluğu Vətənimiz, bütövlükdə türk dünyası üçün son dərəcə böyük itkidir. Hər kəlməsi Azərbaycan olan Qənirə xanım əsl vətənpərvərlik nümunəsi idi. O, vətənpərvərliyi əməli fəaliyyəti ilə ortaya qoymağı yüksək məharətlə bacarırdı. Dünyanın ən müxtəlif nöqtələrində yorulmadan, usanmadan Azərbaycan davası aparırdı.
Qənirə Paşayeva jurnalistikamızın cəmiyyətimizə qazandırdığı parlaq simadır. O, bu baxımdan misilsizdir, bənzərsizdir, təkrarsız və özünəməxsusdur. Peşəni minlərə, milyonlara sevdirmişdi. Çoxsaylı müsahibələri, reportajları, məqalələri həm jurnalist peşəkarlığı nümunələridir, həm də tariximizin yaşantısıdır. O, ən çətin zamanlarda jurnalistikanın gücünü cəmiyyətimizin, xalqımızın və dövlətimizin maraq və mənafeləri naminə səfərbər etməyi bacarmışdı.
Qənirə Paşayeva, sözün əsl mənasında, millətinin vəkili idi. Hər zaman seçicilərinin problemlərinə həssas yanaşma tərzi ilə seçilirdi. Ümumən, insanlarla ünsiyyətdə səmimiyyəti, canıyananlığı ilə fərqlənirdi. Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi də söz və sənət adamlarını daim diqqət mərkəzində saxlayır, onlara münasibətdə yüksək qədirbilənlik nümayiş etdirirdi.
Səhayət etdiyi müxtəlif ölkələr barədə yazdığı kitablar həmin ölkələri tanıdır, eyni zamanda, xalqlar arasında dostluq münasibətlərinin yaranmasına layiqli töhfə verirdi. Bu mənada Qənirə Paşayeva obrazı həm də beynəlmiləl missiya yerinə yetirirdi. Onun bədii əsərləri isə zəngin daxili aləminin göstəricisi olmaqla yanaşı, gerçək ruh adamının yaradıcılıq təntənəsi idi.
Bir daha mərhumun doğmalarına, əzizlərinə, saysız-hesabsız dostlarına, həmkarlarına başsağlığı diləklərimizi çatdırır, onların kədərini və üzüntüsünü bölüşür, səbr və təmkin diləyirik.
Məkanı cənnət olsun!
Allah rəhmət eləsin!"

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar