Sizin Reklam Burada
Xəbər lenti
16-10-2025
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur azərbaycanlı jurnalist vəfat etdi

Tarix: 07-09-2023 11:34     Baxış: 4224 A- / A+


Əfsanəvi jurnalist, "Sovinformbüro"nun keçmiş baş redaktoru, Nürnberq prosesi zamanı tərcüməçi olmuş Ənvər Məmmədov 100 yaşında vəfat edib.
Manevr.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edək ki, o, 1923-cü il avqustun 15-də Bakıda müəllim ailəsində anadan olub.
Ənvər Məmmədov İkinci Dünya müharibəsinin iştirakçısı olub, SSRİ Xalq Xarici İşlər Komitəsində işləyib.
Ə.Məmmədov İkinci Dünya müharibəsindən sonra faşist canilərinin dindirildiyi Nürnberq məhkəməsində tərcümə agentliyinin rəis müavini kimi iştirak edib.
Nürnberq məhkəməsində alman generalı Fridrdix Paulsun özünü öldürdüyü deyilsə də, Ənvər Məmmədov tərəfindən gizli yollarla hərbi tribunala gətirilir. Paulsun faşistlərin törətdiyi qətllər barədə ifadələrini məhz Ənvər Məmmədov tərcümə edib.
Ə.Məmmədov 1950-ci ilə kimi Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışır. 1956-cı ilə kimi isə Radio Komitəsinin xaricə yayım redaksiyasının baş redaktoru işləyir.
1956-1959-cu illərdə Məmmədov SSRİ-nin Vaşinqtondakı məsləhətçi-səfiri, "SSRİ" jurnalının baş redaktoru vəzifəsində çalışır.
1959-1960-cı illərdə "Sovinformbüro" sədrinin birinci müavini, 1961-ci ildə Siyasi Xəbərlər Agentliyinin sədr müavini, 1962-ci ildən 1985-ci ilə kimi SSRİ Dövlət Televiziya və Radio Komitəsinin sədr müavini işləyir.
Ənvər Məmmədov ingilis, alman, italyan və fransız dillərini mükəmməl bilirdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar