Xəbər lenti
Şuşa Forumunda vacib məsələlər müzakirə olundu - Əhməd İsmayılov
![Şuşa Forumunda vacib məsələlər müzakirə olundu - Əhməd İsmayılov](https://files.modern.az/photo/orginal/2023/07/23/1690106964_2022-04-29-13-38-27dmksd4p2acgaovizcbro_file.jpg)
Manevr.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun yekunları ilə bağlı jurnalistlərə müsahibəsində deyib.
"Doğma Şuşamızda Qlobal Media Forumu keçirilir. Forumun ilk günündə Prezident İlham Əliyevin iştirakı çox böyük əhəmiyyət daşıyırdı. Forum iştirakçılar tərəfindən də böyük rəğbət və maraqla izlənildi. Üç saata yaxın vaxt ərzində 60-dan çox yerli jurnalistin, media subyekti rəhbərlərinin sualları cavablandırıldı. Azərbaycan Prezidenti çıxışında Azərbaycanda media sahəsində islahatların istiqamətlərini də müəyyən etmiş oldu", - o, vurğulayıb.
Ə.İsmayılovun sözlərinə görə, Şuşa Qlobal Media Forumunun əsas məqsədi müasir mediada gedən proseslərin daha dəqiq izlənilməsi, müzakirə olunması, fikir mübadilələrinin aparılması idi.
O qeyd edib ki, forum çərçivəsində media savadlılığının dezinformasiyaya qarşı mübarizə üsulu kimi əsas istiqamət olduğu vurğulandı və bununla bağlı media ekspertləri ilə təcrübə mübadiləsi həyata keçirildi:
"Belə bir forumların keçirilməsinin əsas məqsədi məhz Azərbaycan mediasında, ictimaiyyətində də media savadlılığı sahəsində həyata keçirilən prosesləri dünyada gedən proseslərə inteqrasiya etmək və vahid şəkildə tətbiq etməkdir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
![](/uploads/posts/2017-12/1513590098_zehra-2.jpg)
![](/uploads/posts/2018-02/1519153962_15176299281096731184_1000x669.jpg)
![](/uploads/posts/2018-03/1520592290_631853_61520588488.jpg)
Son yüklənənlər
![](https://news.milli.az/media/2025/02/08/1262315.jpg)
![](https://news.milli.az/media/2018/01/04/diplom_02569.jpg)
![](/uploads/posts/2025-02/med-1.jpg)
Axtarış
Reklam
![](/templates/yenimanev2/images/rek22.gif)
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar