Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni jurnalistlər Azərbaycana gələ bilər – RƏSMİ

Tarix: 19-07-2023 17:23     Baxış: 3161 A- / A+




Mətbuat Şurası və XİN Ermənistan jurnalistlərinin Azərbaycana səfərinin mümkün olduğunu açıqlayıb.
Manevr.az APA-ya istinadən xəbər verir ki, Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsə, bu sahədə problem olmaz.
Bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən brifinqdə sualımıza cavab olaraq Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.
Rəşad Məcid deyib ki, müxtəlif dövrlərdə Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşləri təşkil edilib. Torpaqlarımız işğaldan azad ediləndən sonra artıq yeni şərait yarandığını söyləyən Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycanda media azadlığı var və Azərbaycan qanunları çərçivəsində Azərbaycana gəlmək istəyən Ermənistan jurnalistləri üçün qapı açıqdır: “Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsə, bu sahədə problem olmaz”.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə deyib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı xarici nümayəndə heyətlərinin tərkibində erməni əsilli jurnalistlər də olur: “Bütün səfər edənlərin Azərbaycan qanunlarına hörmət etməsi zəruri amillərdəndir. Bu istiqamətdə növbəti illərdə müsbət addımların atılması gözlənilir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar