Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Mətbuat Günü ilə bağlı jurnalistlər üçün pulsuz göz müayinəsi keçiriləcək

Tarix: 12-07-2023 20:14     Baxış: 4174 A- / A+


İyulun 21-də saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasında Şuranın və “Dünyagöz” klinikasının təşəbbüsü ilə jurnalistlərin pulsuz göz müayinəsi keçiriləcək. Milli mətbuatımızın 148 illiyi ilə bağlı təşkil olunacaq aksiyada hər bir media təmsilçisi iştirak edə bilər.
Aksiyada iştirak etmək istəyənlər bununla əlaqədar müraciətlərini 13 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək Mətbuat Şurasının 012 541 59 49 şəhər və 050 602 71 78 mobil nömrələrinə, həmçinin yazılı qaydada Şuranın info@presscouncil.az elektron ünvanına bildirə bilərlər.
Müayinə üçün gələn media təmsilçiləri şəxsiyyət və iş vəsiqələrini, fərdi qaydada jurnalist fəaliyyəti göstərən şəxslər isə bunu təsdiqləyən sənədi (xidmət göstərdiyi media orqanı ilə bağladığı müqaviləni, yaxud onun surətini) təqdim etməlidirlər.
Müayinənin cavabları “Dünyagöz” tərəfindən yerində, yaxud müvafiq tibbi prosedurlar yerinə yetirildikdən sonra fərdi qaydada çatdırılacaqdır.
Müayinənin xüsusiyyətləri ilə bağlı əlavə məlumat almaq istəyənlər “Dünyagöz” klinikasının 012 404 44 69 şəhər telefonuna və info@dunyagoz.az elektron ünvanına müraciət edə bilərlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar