Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Atamın çoxlu arzuları vardı, hamısı yarım qaldı – Mərhum jurnalistin oğlu

Tarix: 26-06-2023 11:20     Baxış: 4274 A- / A+
Atamın çoxlu arzuları vardı, hamısı yarım qaldı – Mərhum jurnalistin oğlu


Onun mənim üçün qoyduğu böyük bir miras var...
 
İyunun 18-i səhər saatlarında “moderator.az” saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə doğma yurdu Kəlbəcərdə vəfat edib. Rayonun Başlıbel kəndində olarkən Zülfüqar Hüseynzadənin səhhəti qəfil pisləşib və anidən şəkəri yüksəlib. O, yaxınlıqda yerləşən hərbi hospitala aparılarkən yolda dünyasını dəyişib. 
 
Azərbaycanın sayılıb-seçilən jurnalistlərindən olan Zülfüqar Hüseynzadənin vəfatı onun ailəsi ilə yanaşı, dostlarını və qələm yoldaşlarını dərindən sarsıdıb.
 
52 yaşında əbədiyyətə qovuşan jurnalistin övladı, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Hüseyn Hüseynzadə atası ilə bağlı xatirələri və arzularını Modern.az-la bölüşüb.
 
O, atasının yolunu davam etdirəcəyini söyləyib:
 
"Təbii ki, atamın yolunu davam etdirəcəyəm. Bu, mənim sahəmdir. Onun mənə qoyduğu böyük bir miras - Moderator.az saytı var. Ona sahib çıxmaq, bundan da yüksəklərə qaldırmaq ən böyük vəzifəmdir".
 

Hüseyn jurnalistikanı seçməsini Zülfüqar Hüseynzadənin öz peşəsinə sevgi ilə yanaşmasından irəli gəldiyini söyləyib.
 
"Uşaqlıqdan jurnalist olmağın xəyalını qurmuşam. Hər zaman bu xəyalı gerçəkləşdirmək üçün əlimdən gələni etmişəm. Bilirsiniz ki, atam gənc yaşlarından media sahəsində çalışıb. Mən də göz açandan onu peşəsini sevən jurnalist kimi görmüşəm. Onun peşəsinə bağlılığı zamanla məndə bu sənətə sevgi yaratdı. O sənətinin çətinliklərindən mənə nə qədər danışsa da, məktəbi bitirəndə artıq seçimim bəlli idi. 11-ci sinif imtahanının cavabları çıxanda atamın gözlərindəki təbəssümü sözlərə sığdıra bilmərəm. İkiqat sevincli idi, həm məktəbi bitirən kimi qəbul olduğum üçün, həm də onun yolunu seçdiyim üçün. Hər zaman deyirdi ki, Allah səni sevindirsin məni çox sevindirdin, elə ilk ildə qəbul oldun".
 
Mərhum jurnalistin övladı atasının yarım qalan arzularından da söz açıb.
 
"Mən deyərdim ki, atamın qəlbi Kəlbəcərlə döyünürdü. Hər söhbət əsnasında mövzu necə olurdusa, Kəlbəcərə gəlirdi. Doğulduğu kəndə, Başlıbelə çox bağlı idi. Arzularından biri də öz el-obasını görmək idi. O, bu arzusunu reallaşdırdı, amma çox heyif, doyunca o torpaqlarda gəzə bilmədi. Ən böyük arzularından biri də erməni quldurlarının Başlıbeldə qətlə yetirdiyi nənəsinin qalıqlarını tapıb dəfn etmək idi. Torpaqlar alınandan sonra çox cəhd etdi, heyf, bu arzusunu gerçəkləşdirə bilmədi, ömür vəfa etmədi… Elə o yolda həlak etdi özünü. Atamın mənimlə bağlı, saytla bağlı çoxlu arzuları vardı. Hamısı yarım qaldı...", - Hüseyn söyləyib.
 

 
"Atamın mənimlə bağlı çoxlu arzuları vardı. Məncə, bunlardan birincisi mənim savadlı jurnalist olmağımı görmək idi. O, olmayan zamanlarda saytı mənim idarə etdiyimi görüb həmişə qürrələnirdi. Çox istəyirdi ki, saytın başında mənim olduğumu görsün. Düşünürəm ki, arzularından, istəklərindən biri də mənim xoş günümü görmək idi. Bu dünyada görmək nəsib olmasa da, o dünyadan məni həmişə izləyəcəyinə, çətinə düşdüyümdə yanımda olacağına əminəm", - mərhum jurnalistin oğlu əlavə edib.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar