Sizin Reklam Burada
Xəbər lenti
09-02-2025
08-02-2025
BÜTÜN XƏBƏRLƏR

Jurnalistlər üçün təlimlərə başlanıldı - Şəkil

Tarix: 13-06-2023 18:24     Baxış: 3207 A- / A+

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Rəqəmsal mediada “storytelling” və müasir publisistika” mövzusunda təlimlərə başlanılıb.
Manevr.az xəbər verir ki, təlimlərin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli xəbər məzmununun müxtəlif forma və platformalarda istehlak edilməsindən, bu məqamların keyfiyyətə birbaşa təsir göstərməsindən, media məhsullarının hazırlanmasında yeni üsulların əhəmiyyətindən danışıb.
Təlimlərin keçirilməsində əsas məqsəd 360 dərəcəli məzmun tərtibatına dair bacarıqların artırılması və bu istiqamətdə inkişaf imkanlarının genişləndirilməsidir.
13-14 iyun tarixlərində keçiriləcək təlim proqramı çərçivəsində “Haber Global”ın mütəxəssisi Can Mumay multimedia vasitələrindən istifadə edərək jurnalistika fəaliyyəti ilə məşğul olma, müasir mediada məzmunun daha interaktiv formada təqdim olunması imkanları, şəkillər, videolar, infoqrafika və səs effektləri kimi bir çox elementləri bir araya gətirərək xəbərlərin təsvir edilməsinə dair öz təcrübəsini bölüşəcək. Proqram çərçivəsində iştirakçılara məqalə mətnlərinin ilkin versiyaları, daha sonra videomətn versiyaları, o cümlədən hər bir xəbər mətninin ümumiləşdirilərək “Twitter”də təqdimat formaları nümayiş etdiriləcək. Məqsəd təlimin sonunda auditoriyada 360 dərəcə məzmun dizaynı haqqında məlumatlılığı artırmaqdır. Qeyd edək ki, təlim proqramının yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Manevr.az

   

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar