Xəbər lenti
"Niyə bu adam bu qədər jurnalisti məhkəməyə verməkdən usanmır?"
Azər Həsrət: "Necə olur ki, bu ölkədə jurnalistlər hətta Prezident İlham Əliyevi belə rahat şəkildə tənqid edərkən heç bir təpki görmür, amma bu Gülağa Tənha adlı bir adamı tənqid etmək olmazmış?"
Azər Həsrət, Gülağa Tənha
"Gülağa Tənha adlı bir nəfər var. Tanımıram şəxsən. Lakin adını eşitmişəm. Hətta onu da eşitmişəm ki, xeyirxah adamdır. Amma dünən həmkarım Məhəmmədəli Qəriblinin bu adamla bağlı paylaşımını görəndə təəccübləndim, həm də təəssüfləndim"
Manevr.az bildirir ki, bu fikirləri özünün "feysbuk" hesabında Əməkdar jurnalist Azər Həsrət paylaşıb:
"İş ondadır ki, bu Gülağa Tənha 6 il öncə yayımlanmış bir yazıya görə həmkarımızı məhkəməyə verib. Sonra o da bəlli olur ki, ümumiyyətlə bu adam jurnalistləri-medianı məhkəməyə verməyi adət halına çeviribmiş. Xoşuna gəlməyən, razılaşmadığı yazıları saytlardan çıxartdırırmış. Həm də məhkəmə yoluyla. Hələ məhkəməsiz də edirmiş bunu. Hə, burada bu adam artıq Azərbaycan dövlətinin medianın azadlığı prinsipinə, özəlliklə də Prezident İlham Əliyevin buna verdiyi dəyərə hörmətsizlik edir. Belə olan halda biz də biganə qala bilmərik və qalmamalıyıq. Əlbəttə, onun nə iləsə razılaşmaması, mübahisələndirməsi haqqıdır. Amma niyə bunu bir qayda olaraq məhkəmə yoluyla etməyə üstünlük verir? Niyə Azərbaycan Mətbuat Şurası varkən məhkəməyə üz tutur və nəticədə də ölkəmizin adının beynəlxalq hesabatlarda jurnalistlərin məhkəmələrə tez-tez çəkildiyi bir ölkə kimi hallanmasına rəvac verir? Həm də niyə bu adam bu qədər jurnalisti-medianı məhkəməyə verməkdən usanmır? Necə olur ki, bu ölkədə jurnalistlər hətta Prezident İlham Əliyevi belə rahat şəkildə tənqid edərkən heç bir təpki görmür, amma bu Gülağa Tənha adlı bir adamı tənqid etmək olmazmış? Biz düşünürük ki, bu adam bu vərdişdən əl çəkməlidir. Demirik ki, haqqını tələb etməsin. Etsin. Amma daha ikidə bir məhkəməyə getməklə deyil də. Bu boyda Mətbuat Şurası varkən məhkəməyə üz tutmağın adı nədir axı? Ümumiyyətlə isə, niyə Prezident İlham Əliyevin belə təmkinli yanaşdığı tənqidə bu adam bu qədər dözümsüzdür? Nədir, özünü ölkə Prezidentindən də üstün tutur? Düşündürücüdür məncə...", deyə A.Həsrət vurğulayıb.
Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar