Sizin Reklam Burada
Xəbər lenti
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

Vasif Talıbovun həbs etdirdiyi jurnalist Tural Səfərova bəraət verilib

Tarix: 30-03-2023 14:02     Baxış: 4162 A- / A+


 
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında “TNS” İnformasiy Agentliyinin direktoru, jurnalist Tural Səfərova bəraət verilməsi üçün apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, hakim İlqar Mirzəyevin sədrliyi ilə keçirilən iclasda Naxçıvan Şəhər Məhkəməsinin Tural Səfərovla bağlı 18 iyun 2021-ci il tarixli hökmü ləğv edilib, jurnalistə bəraət verilib. Hakimlər jurnalistin əməlində cinayət tərkibinin olmadığı qənaətinə gəliblər.

Qeyd edək ki, Tural Səfərov Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədlinin iddiası əsasında 2021-ci ilin iyun ayında həbs edilib. O, Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək, 4 ay müddətinə azadlıqdan məhrum olunub.

Bir ay həbsdə qaldıqdan sonra Azərbaycanın müvafiq dövlət orqanlarının müdaxiləsi ilə Tural Səfərov azadlığa çıxıb. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi jurnalistin apellyasiya şikayəti əsasında onu şərti azadlığa buraxıb. Həmin ilin dekabr ayında amnistiya tətbiq edilib və məhkumluğu götürülüb.
Naxçıvan məhkəmələrinin qərarı ilə razılaşmayan jurnalist ona bəraət verilməsi xahişi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verib. Bu ilin fevral ayında hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin onun barəsində çıxardığı qərar ləğv edilib. Ali Məhkəmənin bəraət vermək hüququ olmadığından iş yenidən baxılması və jurnalistə bəraət verilməsi üçün apellyasiya məhkəməsinə qaytarılıb.

Naxçıvanda apellyasiya məhkəməsi funksiyasını yerinə yetirən muxtar respublikanın Ali Məhkəməsində işə yenidən baxılaraq Tural Səfərova bəraət verilib.

Jurnalist hesab edir ki, həmin vaxt Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun tapşırığı ilə qanunsuz şəkildə həbs edilib. Bunun bəhanəsi isə Naxçıvan Beynəlxalq Hava Limanı barədə yazdığı tənqidi status olub.

Tural Səfərov açıqlamalarında dəfələrlə qeyd edib ki, həbsinin çox ciddi siyasi səbəbləri var.
Jurnalist bildirib ki, o, cinayətkar deyil və birinici instansiya məhkəməsinin iclasında da təqsirinin olmadığını açıq şəkildə bəyan edib.

Tural Səfərov bəraət almasını Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan məhkəmə-hüquq islahatlarının nəticəsi hesab edir. Buna görə dövlət başçısına minnətdarlığını bildirir. Onun fikrincə, bu fakt bir daha onu göstərir ki, Azərbaycanda ədalətli məhkəmə sisteminin qurulması, hər bir vətəndaşın hüquqlarının ən yüksək səviyyədə qorunması istiqamətində mühüm işlər görülür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar